Energetika Institutu xəritədə

Energetika Institutu

Bakı, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi, 94 AZ1012 *** 2 səs

Energetika Institutu haqqında

"Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu" Məhdud Məsuliyyətli Cəmiyyəti ("AzETvəLAEİ" MMC) ildə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) strukturunda fəaliyyət göstərən üç institutun: elmi-tədqiqat və iki layihə institutunun birləşdirilməsi ilə yaradılmışdır.Birləşmənin məqsədi: idarəetmə strukturunun optimallaşdırılması, Azərbaycan Respublikasının elektroenergetika sisteminin fəaliyyətinin və inkişafının elmi və layihə məsələlərinin tətbiqinin yaxınlaşdırılması.İnstitutda 310 nəfərlik heyətlə elmi, layihə və ümumi bölmələr fəaliyyət göstərir.

Energetika İnstitutunun fəaliyyəti

Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutu öz başlanğıcını 1933-cü ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan bölməsində Bakı şəhərində Energetika Sektorunun yaradılmasından ğötürmüşdür.Energetika Sektorunun fəaliyyəti respublikanın su-energetika resurslarının təyin olunmasına, onların enerjisistemdə effektiv istifadəsi üçün metodların işlənməsinə, enerjisistemin xüsusi rejimlərinin öyrənilməsi və onların hesabat metodlarının işlənməsinə, neft sənayesinin energetika və avtomatika məsələlərinə, ideal qazdan az fəqlənən qazların termodinamikasının tədqiqinə və neft karbohidrogenlərinin və onların fraksiyalarının ümumiləşmiş hal tənliklərinin işlənməsinə yönəldilmişdi.

Energetika İnstitutunun yaranması

1941-ci ildə SSRİ Nazirlər Kabinetinin Qərarı ilə Energetika Sektoru Azərbaycan Elmlər Akademiyasının Elmi-Tədqiqat Energetika İnstitutuna (ETEİ) çevrildi. Bu dönəmdə institutda su və külək-energetik resursların təyini və onlardan səmərəlı istifadə, respublika enerjisisteminin strukturunun və onun Cənubi Qafqaz respublikalarının enerjisistemləri ilə əlaqələrinin təyini, neft sənayesinin energetika məsələləri üzrə tədqiqatlar aparılmışdır. Sonralar bir çox elmi tədqiqatlar yeni iri elektrik stansiyalarının və elektrik veriliş xəttlərinin tikintisi, böyük sənaye qovşaqlarının meydana gəlməsi ilə əlaqədar olaraq respublika enerjisisteminin inkişafının aktual məsələri ilə təyin olunurdular.

SSRİ dağılandan və Azərbaycan Respublikası öz müstəqilliyinə qovuşduqdan sonra (1992-ci il) AzETEİ müstəqil elmi təşkilat kimi fəaliyyət göstərməyə başladı.Elmi mövzuların əsas istiqaməti Azərbaycan Respublikasının elektroenergetika sahəsinin problemləri ilə onun fəaliyyətinin və inkişafının iqtisadi və texniki problemləri, enerjinin istehsalı və istehlakının səmərəliliyinin təmini problemləri ilə təyin olunur.