Akad. Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri Institutu xəritədə

Akad. Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri Institutu

Bakı, Xətai rayonu, Əhmədli, 622/9 AZ1032 *** 1 səs

Akad. Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri Institutu haqqında

Azərbaycan neft kimya və kimya sənayesinin flaqmanı olan AMEA-nın akademik Y.H.Məm­mədəliyev adına Neft Kimya Prosesləri İnstitutu (NKPİ) böyük və şərəfli inkişaf yolu keçmişdir. XIX əsrin ikinci yarısında Azərbaycanda neftlə zəngin yataqların kəşf edilməsi və keçən əsrin 20-ci illərində neftin sonrakı intensiv hasilatı və emalı, neft emalında və neft kimyasında fundamental, təcrübi tədqiqatların intensivləşdirilməsi məsələsini qarşıya qoymuşdur. Bununla əlaqədar olaraq, 1920-ci ildə “Azneft” Birliyi nəzdində Mərkəzi Kimya Laboratoriyası yaradılmış və onun ilk rəhbəri İ.F.Qutt olmuşdur (1924-1933-cü illərdə).

Neft Kimya Prosesləri İnstitutunun yaradılması

1929-cu ildə bu laboratoriyanın bazasında V.V.Kuybışov adına Azərbaycan Neft Tədqiqat İnstitutu (AzNTİ) yaradılmışdır. Bu İnstitutun direktorları 1933-1936-cı illərdə M.A.Kapelyuşnikov, 1940-1942-ci illərdə T.Ə.Tahirova və 1942-1944-cü illərdə N.A.Lutsenko olmuşdur. 1929-cu il indiki NKPİ-nin yaranması tarixi hesab olunur.1946-cı ildə AzNTİ bazasında iki sərbəst İnstitut yaradılmışdır: Azərbaycan Neft Emalı Elmi-Tədqiqat İnstitutu (AzNEETİ) və Azərbaycan Neft Çıxarma Elmi-Tədqiqat İnstitutu (AzNÇETİ).AzNEETİ- nin direktorları 1945-1951-ci illərdə H.H.Haşımov, 1951-1959-cu illərdə V.S.Əliyev olmuşdur.1959-cu ildə akademik Y.H.Məmmədəliyevin təşəbbüsü ilə AzNTİ, Azərbaycan Neft Emalı Elmi-Tədqiqat İnstitutu (AzNEETİ) və Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutunun bir sıra laboratoriyaları əsasında Elmlər Akademiyası sistemində Neft Kimya Prosesləri İnstitutu yaradılmışdır.

İnstitutun fəaliyyət istiqamətləri

85 illik fəaliyyəti dövründə İnstitutun alimlərinin elmi işləri Azərbaycan neftlərinin tədqi­qinə, yüksək keyfiyyətli yanacaq və yağların alınması məqsədi ilə onların effektiv emalının elmi əsaslarının işlənilməsinə, neft kimyası və neft emalı prosesləri üçün yeni texnologiyalar və kata­lizatorların yaradılmasına, kataliz, üzvi kimya, yüksəkmolekullu birləşmələr kimyası, fiziki kimya, neftkimya sintezi sahəsində fundamental tədqiqatların aparılmasına və Azərbaycan neft kimyası və neft emalı sənayesinin kompleks inkişaf sxemlərinin işlənib hazırlanmasına həsr olunmuşdur.

Azərbaycan neftlərinin tədqiqi, onların yeni yanacaqlar və yağların alınması məqsədi ilə səmərəli emalının elmi əsaslarının işlənib hazırlanması, neft emalı və neft-kimyası üçün yeni texnologiyalar və katalizatorların yaradılması, kataliz, üzvi və fiziki kimya, neft-kimyəvi sintez sahəsində fundamental tədqiqatların aparılması, Azərbaycanın neft emalı və neft-kimya komplekslərinin inkişafı üzrə perspektiv kompleks sxemlərin işlənib hazırlanması.İnstitutun struktur bölmələri:Sərbəst şöbə və laboratoriyalar, monomerlər, oliqomerlər və kataliz şöbəsi, fiziki və fiziki-kimyəvi tədqiqatlar şöbəsi, neft və qazın kimyası və texnologiyası şöbəsi, elmi-texniki informasiya şöbəsi.

İnstitut beynəlxalq forumların təşkilatçısı olub və hal-hazırda da təşkilatçısıdır

  • Sosialist Ölkələrinin I Neft Kimyası Simpoziumu (1978)
  • Ümumi və Tətbiqi Kimya Üzrə XII Mendeleyev Qurultayı (1981)
  • Metalkompleks katalizi üzrə Respublika Konfransı (1990)
  • Katalitik krekinq üzrə I və II Elmi - texniki Müşavirə (1991-1992)
  • Neft-kimyası üzrə I-VIII Bakı Beynəlxalq Məmmədəliyev Konfransları (1994, 1996, 1998, 2000, 2002, 2005, 2009, 2012)
  • “Kimya elminin və texnologiyalarının üstün istiqamətləri” mövzusunda Seminar Müşavirə (2001)
  • “Neft kimyası və neft emalı problemlərinin həllində kataliz” mövzusunda Azərbaycan-Rusiya Beynəlxalq Simpoziumu (2010, 2013)
  • “Azərbaycanın neftçıxarma, neft emalı və neft kimyası sənayelərinin aktual problemləri”(2011) mövzusunda Azərbaycanın gənc alimlərinin respublika elmi konfransı
  • “I Beynəlxalq kimya və kimya mühəndisliyi konfransı” (Qafqaz Universiteti, 2013)
  • Akademik S. C. Mehdiyevin 100 İlik Yubileyinə Həsr Olunmuş Respublika Elmi Praktiki Konfrans. (2014)