Nəsimi adına Dilçilik Institutu xəritədə

Nəsimi adına Dilçilik Institutu

Bakı, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 31 AZ1143 *** 1 səs

Nəsimi adına Dilçilik Institutu haqqında

1932-ci ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun bazasında müstəqil Dil, Ədəbiyyat və İncəsənət İnstitutu, 1936-cı ildə birləşmiş Ədəbiyyat və Dil İnstitutu yaradılmışdır. Azərbaycan Respublikasında dilçilik sahəsində başlıca elmi-tədqiqat mərkəzi kimi tanınan Dilçilik İnstitutu Azərbaycan Milli Elmlər Akademiyası ilə bir gündə — 1945-ci il martın 27-də yaradılmış, həmin il mayın 21-də təsdiq edilmiş və İctimai Elmlər Bölməsində yaradılmış dörd elmi tədqiqat institutundan biri olmuşdur. 1973-cü ildə Dilçilik İnstitutuna görkəmli Azərbaycan şairi Nəsiminin adı verilmişdir.

İnsitutun tarixi

Fəaliyyətə başladığı zaman dörd şöbədən (Müasir Azərbaycan dili, Azərbaycan dili tarixi, Azərbaycan dialektologiyası və Lüğətçilik şöbələrindən) ibarət olan Dilçililik İnstitutunun ilk direktoru akademik Məmmədağa Şirəliyev olmuşdur. 1949-cu ilin sonlarında instituta SSRİ Dövlət mükafatı laureatı M.M.Mirbabayev direktor təyin edilmişdir. 1950-ci ildə Dilçilik İnstitutu Ədəbiyyat İnstitutu ilə birləşdirilmiş, 1960-cı ildə İnstitutun direktoru akademik M.Ş.Şirəliyev olmuşdur.1969-cu ildə Dilçilik İnstitutu Ədəbiyyat İnstitutundan ayrılaraq müstəqil fəaliyyətə başlamış və həmin ildən 1987-ci ilədək İnstituta akademik M.Ş.Şirəliyev rəhbərlik etmişdir.

İnstitutun fəaliyyəti

Azərbaycan dilçiliyinin formalaşması və inkişafı problemləri üzərində işləyən İnstitut fəaliyyət göstərdiyi müddətdə 600-dan çox monoqrafiya və kollektiv elmi-tədqiqat əsərləri, məcmuələr çap etdirmiş və onların bir çoxu ölkədə, eləcə də xaricdə yüksək qiymətləndirilmişdir.Azərbaycan dilinin fundamental tədqiqatlarının mərkəzi, dilçilik problemlərinin aparıcı təşkilatçısı Milli Elmlər Akademiyasının Dilçilik İnstitutudur. Azərbaycan dilinin və dilçiliyinin inkişafına təkan verən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan dilçiliyinin Avropa və dünya elminə inteqrasiyasına, ölkənin dilçi-alimlərinin beynəlxalq nüfuz qazanmasına yol açır. Dilçilərimizin əsas vəzifələri bu siyasi sənəddən irəli gələn məsələləri qısa müddətdə ləyaqətlə həyata keçirməkdir.