Informasiya Texnologiyaları Institutu xəritədə

Informasiya Texnologiyaları Institutu

Bakı, Yasamal rayonu, Bəxtiyar Vahabzadə küçəsi, 9 AZ1141 *** 1 səs

Informasiya Texnologiyaları Institutu haqqında

İnstitutun əsasını 1971-ci ildə AMEA Kibernetika İnstitutunun nəzdində yaradılmış Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsi (AİS Şöbəsi) təşkil edir. 1982-ci ildən AİS Şöbəsi sərbəst hüquqi şəxs kimi fəaliyyət göstərir. 1997-ci ildə AİS Şöbəsinin əsasında İnformasiya- Telekommunikasiya Elmi Mərkəzi (İTEM) yaradılmışdır.21 may 2002-ci ildə İTEM-nin əsasında İnformasiya Texnologiyaları İnstitutu təşkil olunmuşdur.

İnstitutun kadr potensialı

Hal-hazırda institutda 250 əməkdaş fəaliyyət göstərir. İnstitutda, demək olar ki, İT sahəsinin bütün seqmentləri üzrə yüksək ixtisaslı mütəxəssislər vardır. İnstitutda 3 akademik, 7 elmlər doktoru, 15 fəlsəfə doktoru, 18 doktorant, 24 dissertant və digər əməkdaşlar elmi-tədqiqat işləri ilə məşğul olurlar. İnstitut son illər ərzində respublikanın və beynəlxalq təşkilatların ayrı-ayrı qurumlarını müxtəlif ixtisaslı mütəxəssislərlə təmin etmişdir: BP, Azərcell, Hüquq mühafizə orqanları, "RİSK", "İntrans", "Azerin" BM, "SİNAM İNVEST", "ADANET", İqtisad universiteti, Memarlıq və inşaat universiteti, İdarəetmə akademiyası, Milli Bank, Space, Gömrük Komitəsi, Vergilər nazirliyi, AAK, UNESCO, ATƏT-in Kosovadakı ofisi, Kommersiya bankları, şirkətlər və s.

İnstitutun əsas elmi-texniki nailiyyətləri

  • Respublikada ilk dəfə WAN - qlobal şəbəkə texnologiyaları (X.25, SNA, DECNET, TCP/IP və s.) tədqiq olunmuş və real praktiki nəticələr əldə olunmuşdur (Moskva-Bakı-Tbilisi şəhərlər arasında X.25 şəbəkəsi yaradılmışdır və s.).
  • Respublikada ilk dəfə LAN - lokal şəbəkə texnologiyaları (Alisa, Arcnet, Ethernet - naqilli, naqilsiz, İntranet və s.) tədqiq olunmuş və müxtəlif qurumlarda tətbiq olunmuşdur.
  • Respublikada ilk dəfə veb-texnologiyası mənimsənilmiş və 1995-ci ildə AMEA-ya məxsus www.ab.az saytı yaradılmışdır.
  • Respublikada ilk dəfə sınaq olaraq AMEA Rəyasət Heyətinin (RH) üçün korporativ şəbəkə yaradılmışdır.
  • Respublikada ilk dəfə AMEA-nın korporativ şəbəkəsi mühitində elektron rəqəm imzası texnologiyası tətbiq olunmuşdur.
  • Respublikada ilk dəfə AMEA-nın korporativ şəbəkə mühitində sənədlərin elektron dövriyəsi sistemi işlənmiş və tətbiq olunmuşdur.
  • Respublikada hələlik analoqu olmayan, AMEA-nın bütün institut və təşkilatlarını, onların şöbə və laboratoriyalarını əhatə edən, İnternetə çıxışa imkan verən, intellektual xüsusiyyətlərə malik İntranet şəbəkəsi yaradılmış və hal-hazırda fasiləsiz olaraq istismar olunur.
  • Respublikada ilk dəfə İnternet üzərində audiokonfrans və videokonfranslar təşkil olunmuşdur.