Geologiya və Geofizika Institutu xəritədə

Geologiya və Geofizika Institutu

Bakı, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 29A AZ1143 *** 1 səs

Geologiya və Geofizika Institutu haqqında

1926-cı ildə Azərbaycanın öyrənilməsi və tədqiqi cəmiyyəti yaradılmışdır (Geologiya və coğrafiya sahəsində tədqiqatlar).1932-ci ildə bu cəmiyyətin bazasına əsaslanaraq SSRİ-nin Elmlər Akademiyasının Qafqazyanı filialının Azərbaycan bölməsi (AzOZFAN) (Azərbaycanın təbii sərvətlərinin öyrənilməsi). 1935-ci ildə AzOZFAN bir sıra institutlar ilə və o cümlədən Geologiya sektoru ilə birlikdə SSRİ-in Azərbaycan filialına çevrildi. 1938-ci ildə Azərbaycanın görkəmli alimləri: Ş.A.Əzizbəyov, M.A.Qaşqay, Ə.A.Yaqubovun təklifi ilə (SSRİ EA-nın Prezidiumumun dəstəyi ilə) geologiya sektoru əvəzinə müstəqil elmi-tədqiqat idarəsi Geologiya İnstitutuna çevrilib. İnstitutun yaranması və inkşafı Azərbaycanda neft və qaz sənayesinin sürətli inkşafı ilə eyni vaxta düşdü.

Geologiya İnstitutunun fəaliyyəti

Nəsildən nəsilə ötürülən elmi müvəffəqiyyətlərinin estafedi nəticəsində Geologiya İnstitutu AMEA-da görkəmli yer tutur və Yer elmləri sahəsində bütünlüklə fundamental və tədbiqi işlər ilə məşğul olur. Geologiya İnstitutunun yarandığı müddətdən indiyə qədər bir sıra rəhbərləri olub: professor M.T.Ağabəyov (1938-1943), akademik K.A.Əlizadə (1943-1945), akademik A.D.Süleymanov (1945-1949), müxbir üzvü A.Q.Əliyev (1949-1951), g.m.-e.n. A.S.Bayramov(1951-1954), akademik Ş.F.Mehdiyev (1954-1958), akademik A.D.Sultanov (1958-1970), prof.E.N.Əlixanov (1970-1976). 1976-cı ildən bu günə kimi AMEA-ın akademiki Ak.A.Əlizadə AMEA Geologiya İnstitutunun direktoru vəzifəsində çalışır.

2003-cü ildə Geologiya İnstitutunun və Dərin Neft-qaz yataqlarının problemləri institutlarının bazası üstündə AMEA Geologiya İnstitutu yarandı. İnstitutun strukturasına 24 elmi-tədqiqat şöbəsi, Ümumdünya nüvə sınaqlarının aparılmasının ləğvi haqqında Preparativ Komitə Təşkilatının təşəbbüsü ilə 2003-cü ildə yaranan Azərbaycan Milli Məlumatlar Mərkəzi, Elmi cihaz və avadanlıqlardan kollektiv istifadə mərkəzi, H. Zərdabi adına Təbiət-Tarix Muzeyi daxildir. İnstitutda 230 elmi işçi işləyir ki, onlardan 4 nəfər AMEA-ın akademiki (1 nəfər PEA-ın müxbir üzvü), 9 nəfər AMEA-ın müxbir üzvü, 31 nəfər elmlər doktoru, 97 nəfər elmlər namizədidir.

Tədqiqatların əsas istiqamətləri aşağıdakılardır

  • Neft və qazın Geologiyası və Geokimyası
  • Neftqaz yataqlarının işlənməsi
  • Petrologiya və mineralogiya
  • Regional geologiya
  • Yerin fizikası