Infosystem-Link xəritədə

Infosystem-Link

Bakı, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 55 AZ1010 *** 2 səs

Infosystem-Link haqqında

IS-LINK tədris mərkəzi artıq 10 ildir ki beynəlxalq tədris proqramlarını təqdim edir. Missiyamız - qabaqcıl dünya tədris texnologiyalarının tətbiqi əsasında Azərbaycanda biznes-tədrisi sisteminin inkişafıdır.2005-ci ildən etibarən Infosystem-LINK Beynəlxalq peşəkar təşkilatların Azərbaycanda akkreditasiya olunmuş regional mərkəzi kimi biznes-tədrisi istiqamətində müvəffəqiyyətlə fəaliyyət göstərir. 5 aprel 2007-ci ildə Infosystem-LINK "Açıq Tədris Konsorsiumu-LINK" tərəfindən verilmiş "Regional Administrativ Mərkəz" kvalifikasiya kateqoriyasına yiyələnmişdir və attestasiya haqqında şəhadətnaməyə əsasən tədris fəaliyyəti aparmaq hüququna malikdir.

  • ACCA
  • Beynəlxalq Mühasiblər Assosiasiyasi (IAB)
  • Maliyyə Analitikləri Institutu (IFA)
  • Sertifikatlaşmış Maliyyə Menecerləri Institutu (ICFM)
  • Sertifikatlaşmış Mühasiblər İnstitutu (İCB)
  • Böyük Britaniyanın Açıq Universiteti (OUBS)
  • Kommersiya Menecmenti İnstitutu (ICM)
  • Beynəlxalq Menecment İnstitutu (IIM-LINK)

Əsas fəaliyyət istiqamətləri

Beynəlxalq statusa malik olan uzunmüddətli biznes təhsili və qısa müddətli treninqlər ( kadr razırlığı, ixtisas artırma kursları):

  • Menecment üzrə Professional Sertifikat
  • Menecment üzrə Professional Diplom
  • HR menecment
  • Satışın idarə olunması
  • Marketinq
  • Biznes etikası
  • İşğüzar ingilis dili

Beynəlxalq Maliyyə və Mühasibat Uçotu üzrə tədris

  • Beynəlxalq mühasibat uçotu
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları
  • Maliyyə menecmenti
  • Daxili audit

Beynəlxalq və milli mühasibat uçotunun tətbiqi və məsləhətçi xidmətləri

  • Beynəlxalq və milli mühasibat uçotunun tətbiqi və məsləhətçi xidmətləri
  • Beynəlxalq və milli mühasibat uçotu standartlarına uyğun maliyyə hesabatlarının hazırlanması
  • Uçot siyasətinin tərtib edilməsi
  • İl ərzində metodiki dəstək

Məqsəd və vəzifələrimiz

Məqsədimiz- Azərbaycanda peşə və ixtisasların beynəlxalq standartlarının tətbiqi yolu ilə beynəlxalq statuslu kadrların hazırlanması və daima təkmilləşdirilməsidir.Biz yüksək keyfiyyət standartlarına cavab verən xidmət göstərərək Müştərilərimizin və Partnyorlarımızın Etimadıdını qazanır və öz xidmətlərimizin unikal rəqabət üstünlüklərini qorumağa çalışırıq.Bizim təşkilat - bu hər şeydən əvvəl, öz professional inkişafına və biliklərinin artırılmasına çalışan işçi qrupudur. Komandanın hər bir üzvü ümumi işin inkişafına, rifahına öz töhvəsini verir.Bizim üçün tədris - şəxsiyyətin inkişafında və karyera yüksəlişində ən qiymətli və mühüm amildir.Yalnız daimi ixtisas artırma yolu ilə qarşıya qoyulan məqsədə çatmaq və öz arzularınızı reallaşdırmaq mümkündür. Çünki effektiv tədris -kamilliyə doğru aparan yoldur.

  • Ən qabaqcıl təhsil proqramlarının tədrisi üzrə treninq şəbəkəsinin yaradılması;
  • Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) təhsil standartlarına uyğun yeni mühasibat ixtisası üzrə kadr hazırlığı ;
  • Beynəlxalq təşkilatlara üzvlüklə bağlı tədbirlərin keçirilməsi ;
  • Mütəxəssislərin biliklərinin yoxlanılması, sertifikatlaşdırılması, daimi professional inkişafının təmin olunması (CPD)