Idea Baku Baş ofis xəritədə

Idea Baku Baş ofis

Bakı, Yasamal rayonu, İnşaatçılar prospekti, 17A AZ1136 *** 1 səs

Idea Baku Baş ofis haqqında

İDEA haqqında İctimai yerlər, bağlar, parklar insanların istirahət edəcəyi, ünsiyyət quracağı, enerji toplayacağı yerlər olmalıdır. IDEA bu fikrin əsasında işini qurub. Açıq havada metal və ya taxtadan kiçik memari formaları, bağ mebeli, urban dizayn elementlərini, modern park mebeli istehsal edirik. Biz hazırladığımız məkanlarda dizayn, yaradıcılıq, funksionallıq, rahatlıq yaratmağa çalışırıq. Hər bir işimizdə daha funksional, daha həll edici nəticələr əldə etməyə , daha da yaradıcı olmağa can atırıq. Artıq 10 ildən çoxdurki fəaliyyət göstəririk. Bu müddətdə yeni-yeni modellər hazırlamışıq, portfoliomuza müxtəlif işlər daxil etmişik. Müasir texno parkımız sayəsində ideyalarımıza məhdudiyyət qoymuruq. Biz sizə dizayn və funksionallığı birləşdirməyi, keyfiyyəti, yeniliyi təklif edirik. İdea qlobal düşünür, lokal tətbiq edir. Novxanıda yerləşən sərgi salonumuzda məhsullarımızla yaxından tanış ola bilərsiniz.