İctimai Futbol Təşkilatları İctimai Birliyi xəritədə

İctimai Futbol Təşkilatları İctimai Birliyi

Bakı, Xətai rayonu, Nobel prospekti, 2208 AZ1025 *** 1 səs

İctimai Futbol Təşkilatları İctimai Birliyi haqqında

İctimai Futbol Təşkilatları İctimai Birliyi (İFTİB)23 oktyabr 2008-ci ildə yaradılıb. Qurumun prezidenti Elxan Abdulla oğlu Tağızadədir.İctimai Futbol Təşkilatları İctimai Birliyi ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri-hökumət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir.Birlik öz fəaliyyətini Azərbaycan respublikasının Konsitutsiyası və Qeyri-hökumət təşkilatları haqqında Azərbaycan Respublikasının qanunu, AFFA-nın Nizamnaməsi, həmçinin bu Nizamnamə əsasında qurur.

İctimai Futbol Təşkilatları İctimai Birliyinin məqsəd və vəzifələri

Birliyin fəaliyyətinin əsas məqsədi, futbol təşkilatlarının, o cümlədən futbol veteranlarının, hakimlərinin, futbolçuların və futbolsevərlərin maraqlarını müdafiə etməkdən ibarətdir.Birlik bu məqsədlərə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:Futbol veteranlarına, hakimlərə, məşqçilərə, futbolçulara və futbolsevərlərə hər tərəfli dəstək verməkdir.İctimai Futbol Təşkilatları İctimai Birliyi müxtəlif kurslar, seminarlar əyirmi masa və görüşlər, konfranslar, xeyriyyə tədbirləri forumlar və s. tədbirlər həyata keçirir. Bu mövzuda maarifçilik fəaliyyətini həyata keçirmək üçün müxtəlif ədəbiyyatların nəşr edilməsi gündəmdədir.Birlik Azərbaycan respublikasının prezidentinin, Azərbaycan Respublikasının və bələdiyyələrin seçkilərində iştirak edə bilməz.