İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi xəritədə

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

Bakı, Səbail rayonu, Asəf Zeynallı küçəsi, 20/85 AZ1004 *** 2 səs

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsi 2007-ci il 16 may tarixdə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə təsdiq edilib və İdarə həmin vaxtdan fəaliyyətə başlamışdır. İdarənin yaradılmasının əsas məqsədi İçərişəhər ərazisindəki abidələrin və bütövlükdə memarlıq- şəhərsalma kompleksinin lazımı səviyyədə qorunub saxlanmasının və gələcək nəsillərə çatdırılması üçün özündə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının funksiya və səlahiyyətlərini birləşdirən unikal idarəetmə sisteminin təşkil olunmasıdır.

İdarənin hüquq və vəzifələri

İdarənin əsas vəzifələri İçərişəhərin min illər ərzində formalaşmış memarlıq- şəhərsalma və abidələr kompleksinin qorunub saxlanması, eyni zamanda onun ərazisindəki abidələrin bərpa və təmiri, şəhərin sosial- iqtisadi inkişafının təmin edilməsi və onun müasir tələbləri ödəyən beynəlxalq turist mərkəzinə çevrilməsi üzrə uzunmüddətli strategiyanı, İçərişəhərdə dövlət siyasətini həyata keçirilməkdən ibarətdir.
İdarə öz vəzifələrini yerinə-yetirmək üçün ən geniş hüquqlara malikdir. Onların vacibləri isə Qoruq sahəsinə aid olan normativ hüquqi aktları hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək, ərazidə İdarənin razılığı olmayan hər hansı abadlıq, bərpa, rekonstruksiya, regenerasiya və inşaat-təmir işlərinin aparılmasına qadağa qoymaq, icrası məcburi olan göstərişlər vermək, İdarənin razılığı olmadan dövlət (bələdiyyə) mülkiyətində olan abidələrin istifadəyə, o cümlədən icarəyə verilməsini dayandırmaq, Qoruq ərazisində arxeoloji və qazıntı işlərinin aparılmasını saxlamaq, müvəqqəti və daimi xidmətlər göstərən strukturlar və obyektlər yaratmaqla onların fəaliyyəti nəticəsində qanunvericiliyə zidd olmayan gəlir əldə etmək və digərləri.

İçərişəhər Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin struktur və funksiyaları

Mənzil-kommunal və təmir xidməti İdarəsi Qoruq ərazisində yaşayış və qeyri-yaşayış fonduna aid olunan tikililərin, yol örtüklərinin, mühəndis kommunikasiya sisteminin təmir tikinti işlərini təmin edir, sanitariya-təmizlik və yaşıllaşdırma işlərini, mənzil-istismar və kommunal xidmətlərini həyata keçirir.Elmi-istehsalat bərpa emalatxanası Qoruq ərazisində yerləşən tarix-memarlıq və mədəniyyət abidələrinin bərpası, təmiri və regenerasiyası işlərinin layihələrinin hazırlanmasının təşkil edilməsi, memarlıq abidələrinin deformasiya və dağılma səbəblərinin diaqnostikasının, tarixinin və memarlıq üslubunun elmi araşdırmalarının, abidələrin bərpası ilə bağlı təcrübələrin öyrənilməsini həyata keçirir.

Elmi-mədəni mərkəz İçərişəhərin memarlığının, Qoruq ərazisindəki tarix-mədəniyyət abidələrinin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsini, milli mədəniyyətin inkişafına və təbliğinə kömək məqsədilə mədəni-kütləvi tədbirlərin keçirilməsini təşkil edir. Qoruq ərazisinin beynəlxalq əhəmiyyətli turizm mərkəzinə çevrilməsi, turist marşrutların açılması və geniş turist şəbəkəsinin cəlb edilməsi məqsədilə araşdırmalar aparır. Bununla əlaqədar təkliflər və proqram layihələrini hazırlayır və həyata keçirilməsi üçün müvafiq işlər görür.“İçərişəhər” tarixi muzeyi YUNESKO-nun “Dünya İrs Siyasını”na daxil edilmiş “İçərişəhər”in gədim dövrlərdən bu günədək çoxəsrlik tarixini əks etdirən milli maddi-mədəniyyət abidələrinin toplanıb mühafizə edilməsi, gədim şəhər haqqında biliklərin əhalinin geniş təbəqələri arasında yayılması və təbliğini aparır.

“Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-muzeyi - Şimali Azərbaycanda mövcud olmuş orta əsr feodal dövləti olan Şirvanşahlar dövlətinin tarixini, memarlığını, mədəniyyətini, ticarət və mədəni əlaqələrini əks etdirən maddi-mədəniyyət abidələrinin komplektləşdirilməsini, mühafizəsini, öyrənilməsini, kütləvi nümayişini və təbliğini həyata keçirir."Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu - Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 18 aprel tarixli 135 nömrəli qərarına əsasən yaradılmışdır.