HR Kursları xəritədə

HR Kursları

Bakı, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 4457 AZ1000 *** 3 səs

HR Kursları haqqında

İnsan resursları - anlayışı, günümüzdə müəssisənin – məmul və xidmət istehsalında qarşıya qoyulan məqsədə çatması üçün istifadə etmə məcburiyyətində olduğu resurslardan biri olan insanı əhatə edir. İnsan istehsal prossesinin həm ayrılmaz bir hissəsidir, həm də ki, eyni zamanda istehsalın hədəfidir. İnsan resursları termini təşkilat daxili və xaricdən potensial olaraq yararlana biləcək bütün işçi qüvvəsini, bir sözlə yuxarı pillədəki rəhbərdən aşağı mövqeni tutan işçilərədək hamını əhatə edir.

İnsan resurslarının idarə edilməsi

İnsan resurslarının idarə edilməsi - iş yerində insana yönəlmiş bütün işləri əhatə edir. Müəssisə daxilində, insan resurslarının planlaması, bunun üçün lazımlı iş analizlərinin və öhdəliklərin müəyyənləşdirilməsi, insan resurslarının seçilməsi üçün iş elanlarının verilməsi, iş üçün müraciət edənlərin qəbul edilməsi, görüşlərin aparılması, işə uyğunlaşma, təhsil və inkişaf işləri, uğur və iş qabiliyyətinin ölçülməsi, vəzifədə yüksəlmə, iş dəyişdirmə, işdən çıxarılma, işi qiymətləndirmə, əmək haqqı, nizam-intizam, sosial-mədəni fəaliyyətlər, tibbi xidmət və başqa oxşar işləri koordinə edir. İnsan resurslarının idarə edilməsinin ən önəmli xüssisiyəti insanı əsas tutmasıdır. Lakin bu, təşkilatın məqsədlərinin əsas olmadığı mənasını vermir. Bu yanaşma, insanın iş yerinin dəyərini mənimsəməsi, xoşbəxt və təmin olunmuş bir həyat sürməsinin işin məhsuldarlığına da təsir edəcəyini göstərir.

Mərkəz haqqında

Mərkəz 2006-cı il tarixindən etibarən fəaliyyətə başlamışdır. Mərkəz ölkəmizdə bazar iqtisadiyyatının inkişafı və onun artan rəqabət tendensiyaları müşahidə edildiyini nəzərə alaraq, şirkət və təşkilatların yüksək ixtisaslı və peşəkar kadr ehtiyatları ilə təmin edilməsinə xüsusi diqqət ayırmışdır. Bu zaman mərkəz nəinki şirkət və təşkilatların kadr potensialına daxil olan eyni zamanda öz biliklərini təkmilləşdirməklə özəl sektorda öz layiqli yerini tutmaq istəyən şəxslərin də təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərir. Bu zaman hər bir şəxs seçdiyi vəzifəyə uyğun olaraq kompleks təlim və kurs proqramını keçir. Proqramlarda cari vəzifə üçün tələb olunan biliklər modullar şəklində təsvir olunur.