Məişət Maye Qaz xəritədə

Məişət Maye Qaz

Bakı, Nizami rayonu, Nəvahi küçəsi, 15 AZ1000 *** 3 səs

Məişət Maye Qaz haqqında

1959-cu ildə Azərbaycan SSR Nazirlər sovetinin qərarına əsasən Maye Qazın Nəqli və Təchizi üzrə İstehsalat Birliyi yaranmışdır. 1997-ci il dekabrın 1-də Prezident H.Əliyevin 700 saylı sərəncamına əsasən İstehsalat Birliyi ləğv olunmuş və İstehsalat Birliyinin özəlləşdirilməsi ilə əlaqədar onun bazasında Səhmdar Cəmiyyət yaradılması haqqında qərar qəbul olunmuşdur. 1998-ci il aprel ayının 22-də Respublika Dövlət Əmlak Komitəsinin sərəncamına əsasən Bakı, Bərdə, Yevlax, Əli-Bayramlı, Siyəzən, Horadiz, Masallı və İstehsalat Birliyinin bazasında “MƏİŞƏT MAYE QAZ” ATSC yaradılması haqqında qərar qəbul edilmiş, 1999-cu ilin fevral ayından Səhmdar cəmiyyət kimi fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Prezidentinin 30.04.2007-ci il tarixli fərmanına əsasən "bir pəncərə" prinsipi ilə Azərbaycan Respublikasının Vergilər Nazirlyi Bakı şəhəri Vergilər Departamenti Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 24.05.2012-ci il tarixli çəxarışı və 2002334681 saylı qeydiyyatı ilə "Məişət Maye Qaz"Açıq Səhmdar Cəmiyyəti "Məişət Maye Qaz"Qapalı Səhmdar Cəmiyyətinə çevrilmişdir.