Hotel Astoria Baku xəritədə

Hotel Astoria Baku

Bakı, Nizami rayonu, Babək prospekti, 76 АZ1030 *** 2 səs

Hotel Astoria Baku haqqında

Bizim otelimizdə Siz səmimi münasibət və qayğı görəcəksiniz. Qonaqpərvərliyin ən yaxşı ənənələrinə sadiq qalan xidməti personalın nəzakətli və diqqətli münasibəti Astoria Baku otelində keçirdiyiniz vaxtı çox xoş edəcək.Astoria Baku oteli öz qonaqlarını möhtəşəm qarşılayır. Yüksək keyfiyyətli xidmət və əla mətbəx, qonaqpərvərlik və istirahətin müxtəlifliyi bu oteldə vəhid bir yerə cəmlənib. Ancaq bizim otelin, onu Bakı şəhərinin başqa otellərdən fərqləndirən bir özünəməxsusluğu da var, bu da, unikal idman-sağlamlıq və SPA mərkəzidir, bu mərkəzdə, sağlam və gözəl olmaq üçün hər cür şərayyət yaradılıb: gözəllik salonu, SPA-salon, masajın müxtəlif növləri.

Otelin xidmətləri

Otelin kompleksi, müasir fitnes və SPA mərkəzində, Siz fin saunasında istirahət, cakuzidə isə tam rahatlaşa bilərsiniz, və yaxud hovuzda vaxt keçirə bilərsiniz. Müasir trenajor zalı Sizin xidmətinizdədir, Siz orada öz fiziki formavızı saxlaya bilərsiniz.Astoria Baku oteli İngilis və Rus dillərini bilən tərcüməçi-bələdçilər vasitəsilə öz qonaqlarına Azərbaycanın tarixi və mədəniyyəti barədə tanışlıq proqramını təşkil edir. Birbaşa oteldən Siz Azərbaycanın əsrarəngiz termal hovuzlarına, mineral bulaqlarına və şəlalərlə zəngin olan yerlərə gedə bilərsiniz. Aktiv istirahəti sevənlər üçün mütləq ov, balıq ovu, atla gəzinti, yaxud qafqaz dağlarının təkrarolunmaz gözəlliyinə baş vurmaq təklif olunacaq, və təbii ki, günün yekunu olaraq, hər bir qonaqımız xüsusi olan şərablar zirzəmisində olan, əla nüv şərabların dada bilər.

Astoria Baku oteli Heydər Əliyev adına olan hava limanından 30 km. məsafədə yerləşib, şəhərin mərkəzinə isə 7 dəqiqəyə çata bilərsiniz. Orijinal adı ilə seçilən Astoria Baku oteli , öz qonaqlarına gündəlik həyatdan ayrılıb paytaxtımızın cənnət guşəsində istirahət etməyi təklif edir. Astoria Baku oteli hər zaman yolunuzu gözləyir.

Otelin infrastrukturu

Otel 4 ha ərazidə yerləşib və özündə aşağıda adı çəkilən istirahət növlərindən ibarətdir:

  • 4 yaşayış korpusu
  • 5 restoran
  • Açıq hovuz, hovuz kənarı bar ilə
  • 17 kotec
  • SPA və fitnes mərkəzləri
  • Futbol meydançası, təbii otla
  • Açıq və qapalı dayanacaq
  • İnzibati bina