Homag Gus GmbH xəritədə

Homag Gus GmbH

Bakı, Xətai rayonu, Süleyman Rəhimov küçəsi, 17A AZ1025 *** 1 səs

Homag Gus GmbH haqqında

Homag – 70 – ci illərdən fəaliyyət göstərən alman şirkətlər qrupudur. Həmin zamanlarda şirkətin fəaliyyəti SSRİ dövlətlərini əhatə etmişdi, İttifaq parçalandıqdan sonra bu günə kimi MDB dövlətlərini əhatə edir. Homag şirkətinin bir neçə onillik fəaliyyəti dövründə, mebel və ağac emalı istehsalı üçün müəssisənin və kompleks sexin yüzlərlə qurğu növü və xətti yaradılmışdır.Yüksək keyfiyyəti və etibarlılığı sayəsində, istehsal olunan avadanlıqların böyük hissəsi hələ də istismar olunmaqdadır. Şirkətlər qrupunun fəaliyyəti müxtəlif sənaye növləri – mebel, ağac emalı, karkas – panel ağac ev tikintisi - üçün dünyada analoqu olmayan bir çoz avadanlıqların istehsalından ibarətdir. İstehsal olunan avadanlıqlar arasında kənarların üzlənməsi üçün nəzərdə tutulan Himag və Brandt avadanlığını, Holzma – lövhə kəsici, Friz – laminasiya vasitəsi ilə qatların üzlənməsi üçün avadanlıq olan membran press, Weeke və Homag – mərkəz işləyici, Bargstedt və Ligmatech – tədarüklərin manipulyasiya sistemi, Weeke – dəlmə - aşqar avadanlığı, Ligmatech – karton məmulatda qablaşdırma üçün avadanlıq, korpus pressi, Bargstedt – avtomatlaşdırılmış sistem vasitəsi ilə istehsal xəttinin yüklənməsi və boşaldırlması, Homag – çox mişarlı qurğu, Buetfering – geniş lentli cilallayıcı qurğu, Homag və Torwegge – pəncərə və qapı istehsalı üçün avadanlıq, qutuların, qapıların, parketlərin və pilləkənlərin istehsalı, Weinmann – karkas – ağac panel evlərin detallarının istehsalı üçün qurğu.