Holcim Azərbaycan dünyanın aparıcı sement təchizatçılarından olan Holcim Qrupunun bir hissəsidir. 1912-ci ildə İsveçrədə təsis edilmiş Qrup bütün qitələrdə bazar payına, o cümlədən 70-dən çox ölkədə böyük və kiçik sərmayə paylarına malik olan aparıcı qlobal oyunçuya çevrilmişdir. 1999-cu ildən Holcim şirkətinin Qaradağ Sementdə reallaşdırdığı investisiya layihələri daim yeni inşaat, ətraf mühit və sosial standartların tətbiqinə istiqamətlənir.Holcim (Azərbaycan) ASC ölkədə klinker və sement istehsal edən qabaqcıl müəssisələrdən biridir. Şirkət yerli və beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli məhsulları ilə ölkədaxili tələbatın əksər hissəsini ödəyir. Hal-hazırda, Holcim (Azərbaycan) ASC-nin istehsalı olan sementdən irimiqyaslı tikinti işlərində, o cümlədən qlobal əhəmiyyətli enerji layihələrinin həyata keçirilməsində geniş istifadə olunur. 26 aprel tarixində Qaradağ Sement re-brendinq olunaraq Holcim (Azərbaycan) ASC oldu.
LafargeHolcim qrupunun üzvü olan Holcim Azərbaycan ASC 1999-cu ildən Qaradağ Sement Zavodunun özəlləşdirilməsi ilə Azərbaycanda fəaliyyət göstərir. Həmən ilin aprel ayında re-brendinq olunaraq Holcim (Azərbaycan) ASC olmuşdur. Holcim (Azərbaycan) ASC Azərbaycanda klinker və sement istehsal edən ən iri müəssisədir. Şirkət yerli və beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli məhsulları ilə ölkədaxili tələbatın əksər hissəsini ödəyir.Təbii ehtiyyatlardan, alternative enerjidən və sudan səmərəli istifadə edərək və eyni zamanda hava emissiyasını azaldaraq Holcim (Azərbaycan) ASC davamlı inkişaf və ekologiyanın qorunmasına öhtəliyi daşıyır. 2015-cil il İyul ayının 15-də Holcim və Lafarge birləşdi. Həmin tarixdən Holcim Azərbaycanda LafargeHolcim qrupunun üzvü kimi fəaliyyət göstərir.
Holcim (Azərbaycan) ASC Azərbaycanda ən iri sement istehsalçısıdır. İstehsal gücümüz, yüksək keyfiyyətli məhsullarımız və müştərilərlə səmimi münasibətlərimiz sement bazarındakı aparıcı mövqeyimizi saxlamağa imkan verir.Biz müştərilərimizi yüksək keyfiyyətli sementlə təmin etmək üçün ən yaxşı təcrübədən istifadə etməyə çalışırıq və bu məqsədlə məhsullarımızın satışı və paylanması sistemini daim təkmilləşdiririk.