Hilal Ət haqqında
HİLAL AGRO MMC
Hilal Agro MMC ət və ət məhsulları şirkəti olaraq, 2010-cu ildən etibarən fəaliyyət göstərir. 15 hektarlıq sahə üzərində xidmət verən şirkətimiz yüksək səviyyədə işçilik qüvvəsi və əzm ilə günü gündən inkişaf etməkdədir.
Azərbaycanın fərqli rayonlarından seçilib, fermamıza bəslənməsi üçün gətirilən heyvanlar, baytarlarımızın yüksək səviyyədə nəzarəti altında bəslənməkdədir
Kəsimə hazır olan heyvanlar, islam qaydalarına uyğun olaraq, gigiyenik şəraitdə olan kəsimxanamızda kəsilir. Kəsilən heyvanlar ardıcıl olaraq soyuq depolara göndərilir. Soyuq depolardan isə soyuducu maşınlarla stis məntəqələrimizə çatdırılır.
Məqsədimiz, Azərbaycan xalqının sağlamlığını və ağız dadını fikirləşərək, keyfiyyətli və qüsursuz bir xidmətlə, lider və örnək bir quruluş olmaqdır.
2011-ci ildə fəaliyyətə başlamış “Hilal Agro“ şirkəti ət sektorunda heyvanların kökəldilməsi üzrə ixtisaslaşmışdır.
Bu gün şirkətimizin fəaliyyətə başlamasında 3 il keçir, bu qısamüddət ərzində şirkət diri heyvan sektorunda uğur qazanmış, ölkəyə heyvan idxalını artırmış, təsərrüfat da müasir standartlara uyğun infrastrukturun, yeni fermaların inşasını və avtomatik qulluq qaydalarını təkminləşdirmişdir.
Yeni otlaq ərazilərinin alınması, yeni üslubda inşa olunmuş heyvan bəslənmə yerləri, qulluq qaydaları üzrə əldə etdiyimiz dünya təcrübəsi ət sektorundakı uğurlarımıza öz müsbət təsirini göstərmişdir.
Şirkət 2012-ci ildə bəslədiyi heyvanları “Hilal Ət” markası adı altında satışa çıxartdı. Ət sektorunda yerli bir markanın təməlini qoyan şirkət, 2014-cü ildə Bakı sakinlərini yüksək keyfiyyətli ət ilə təmin etmək üçün “Hilal Ət” dükanlar şəbəkəsinin sayını 8-ə çatdırdı.
“Hilal Ət” markasının təqdim etdiyi məhsullardan təkcə yerli sakinlər deyil, o cümlədən şəhərimizin müxtəlif otelləri, iri supermarket şəbəkələri və restoranları da faydalanır.
Şirkətimizin əsas məqsədi müştəriləri sanitar gigiyena və islam qaydalarına uyğun kəsilmiş ətlə təmin etməkdir.
Şirkət, 2013-cü ildə istifadəyə verdiyi tam avtomatlaşdırılmış kəsim və emal sexi sayəsində iş potensialını daha da artırdı. Ət sektorunda xidmət növlərinin müxtəlifliyi ilə seçilən şirkət, müştərilərinə dana və quzu ətinin ayrılmış hissələri, vakuum qablaşdırmalara yığılması, dondurulması və çatdırılması xidmətini də təklif edir.
“Hilal Ət” markası ət emalı sahəsində dana ətindən hazır şişə taxılmış çiy dönər və təbii dana bağırsağına doldurulmuş “qəssab sucuğu” ilə tanınır.