A.Heydərov adına Tədris Mərkəzi xəritədə

A.Heydərov adına Tədris Mərkəzi

Bakı, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi, 17 AZ 1044 *** 1 səs

A.Heydərov adına Tədris Mərkəzi haqqında

A.Heydərov adına Tədris Mərkəzinin tarixi Daxili işlər orqanlarında sıravi polis əməkdaşlarının ilkin hazırlığı iyul 1920-ci ilə təsadüf edir. Həmin müddətdə 4 həftəlik kursları fəaliyyət göstərirdi. Sonralar sıravi və kiçik rəis heyətinin hazırlanması ayrı-ayrı məntəqələrdə həyata keçirilirdi. 1970-ci illərin əvvəllərində sıravi və kiçik rəis heyətinin hazırlığı tədris məntəqələrində həyata keçirilərək 1-2 ay müddətinə uzadılmışdır. Polis əməkdaşlarının peşə hazırlığının daha da təkmilləşdirilməsi məqsədi ilə 1974-cü ildə Azərbaycan Respublikası DİN-in tabeçiliyində kiçik və orta rəis heyəti hazırlayan ayrıca məktəb fəaliyyətə başlamış və 1985-ci ildə DİN-in tədris mərkəzi kimi fəaliyyət göstərmişdir. 1997-ci ildə tədris mərkəzinə Azərbaycan Respublikasının sabiq daxili işlər naziri general-leytenant A.N.Heydərovun adı verilmişdir. 1988-ci ilin dekabrında tədris mərkəzinə DİN-in sıravi və kiçik rəis heyəti hazırlayan məktəb statusu verilmiş və bu günə kimi fəaliyyət göstərir. Məktəbin qarşısında duran başlıca vəzifə yerli polis orqanlarında yeni qəbul edilmiş əməkdaşların ilkin hazırlıq kurslarının həyata keçirilməsindən ibarətdir. DİO-da sıravi və kiçik rəis heyəti vəzifələrinə namizədlərin xidmətə başlayarkan öz vəzifələrini müvəffəqiyyətlə yerinə yetirmək üçün zəruri olan peşə biliyinə, bacarıq və vərdişlərə yiyələnmələri məqsədi ilə məktəbdə ilk hazırlıq kursunun müddəti 4 ay müəyyən edilmişdir. 4 ay müddətində gənc polis əməkdaşlarına 588 saatlıq proqram çərçivəsində xüsusi mövzular tədris olunur. Tədrisin sonunda 40 saat həcmində praktiki dərslərin keçirilməsi nəzərdə tutulmuşdur. Digər tərəfdən, məktəbdə polis əməkdaşlarının peşə səviyyəsini artırmaq məqsədi ilə ixtisasartırma və yenidən hazırlıq kursları təşkil edilir. Bu kursların müddəti 2 həftə müəyyən edilmişdir. Məktəbdə daima islahatlar həyata keçirilir və qabaqcıl xarici ölkələrin tədris müəssisələri ilə sıx əməkdaşlıq aparılır və onların təcrübəsindən geniş istifadə olunur.