Milli Təhlükəsizlik Nazirliyinin Akademiyası — Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanlarını xüsusi ixtisaslı ali təhsilli zabit kadrlarla təmin edən ali təhsil müəssisəsidir.Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 1 dekabr tarixli, 37 nömrəli Sərəncamı ilə yaradılmışdır.
Akademiyaya Azərbaycan Respublikasının vətəndaşı olan, peşə seçiminin bütün tələblərinə cavab verən, respublikanın təhlükəsizlik orqanlarında, Sərhəd Qoşunlarında xidmət edən orta və ya orta-ixtisas təhsilli gizirlər (miçmanlar), müddətli və müddətdən artıq xidmət hərbi qulluqçuları, Heydər Əliyev və Cəmşid Naxçıvanski adına hərbi liseylərin məzunları, həqiqi hərbi xidmət keçmiş hərbi vəzifəlilər, habelə orta məktəb məzunları olan çağırışçılar qəbul oluna bilərlər.Akademiyaya qəbul olunmaq üçün aşağıdakı yaş hədləri müəyyən olunur:
Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının strukturu və Nizamnaməsi 1998-ci ildə sabiq prezident Heydər Əliyev tərəfindən təsdiq edilmişdir. O zaman Akademiyanın strukturuna 3 fakültə və 13 kafedra daxil idi. 2005-ci ildən sonra Akademiyanın strukturunda bir sıra dəyişikliklər edilmiş, yeni fakültə və kafedralar yaradılmışdır.Hazırda dünya standartları səviyyəsində qapalı ali hərbi təhsil müəssisəsi olan Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının tərkibinə 5 fakültə daxildir:
Akademiyada 16 kafedra, o cümlədən 4 xüsusi təyinatlı kafedra, “Cinayət hüququ, cinayət prosesi və kriminalistika”, “Konstitusiya hüququ”, “Mülki hüquq”, “İnformasiya texnologiyaları və proqramlaşdırma”, “İnformasiya təhlükəsizliyi”, “Xarici dillər və ölkəşünaslıq”, “İnzibati idarəetmə”, “Sərhəd qoşunları taktikası”, “Mühəndis-texniki fənlər”, “Ümumqoşun fənləri”, “İctimai-siyasi fənlər”, “Fiziki hazırlıq” kafedraları, eləcə də xüsusi siniflər, laboratoriyalar, kabinetlər, təlim mərkəzləri və s. fəaliyyət göstərir.Akademiyaya qəbul imtahanları namizədin arzusu ilə Azərbaycan və ya rus dilində verilə bilər, Akademiyada tədris isə Azərbaycan dilində aparılır.