Herba Flora xəritədə

Herba Flora

Bakı, Bakıxanov qəsəbəsi, Sabunçu rayonu, Bəşir Bünyatov küçəsi, 2578 AZ1000 *** 2 səs

Herba Flora haqqında

Herba Flora şirkəti 1998-ci ilin may ayının 25-də fəaliyyətə başlayıb. İlk vaxtlarda müalicəvi bitkilərin istehsalı ilə işə başlayan şirkət getdikcə fəaliyyət dairəsini genişləndirərək müxtəlif bitki yığıntılarının və bitki tərkibli çayların istehsalına keçid almışdır. Hazırda "Herba Flora" şirkətində 140-dan çox bitki tərkibli məhsul istehsal olunur (İstehsal etdiyimiz dərman bitkiləri və çaylar).

Herba Flora şirkətinin fəaliyyəti

Şirkət xammalın əldə olunması və hazır məhsulların satışı sahəsində Ukrayna, Bolqarıstan, Polşa, Gürcüstan, Latviya, Çin, Misir, Hindistan, Albaniya, Makedoniya, İndoneziya və Rusiya kimi dövlətlərlə əməkdaşlıq edir. Bir çox xəstəliyin profilaktika və müalicəsi üçün nəzərdə tutulan məhsullar tam təbii və kimyəvi qatqısızdır. Ürək-damar, sinir, mədə-bağırsaq, tənəffüs, sidik-cinsiyyət sistemi xəstəliklərinin müalicəsində istifadə olunan kombinə olunmuş tərkiblərdən əlavə əhalinin böyük marağını nəzərə alaraq aptek çobanyastığı, itburnu, cökə, boyaqotu, ortosifon və səna kimi bitkilərdən təktərkibli çaylar da istehsal olunur.

Hal-hazırda isə "Herba Flora" şirkəti işini təkcə bitkilərlə məhdudlaşdırmır. Şirkətdə bitkilərdən alınan konsentratlar əsasında müxtəlif xəstəliklərin profilaktika və müalicəsində istifadə oluna biləcək şərbətlər də istehsal olunur.Meyvə və bitkilərdən ekstraktların alınması analoqu olmayan limonadların istehsalına təkan oldu və limonad tarixində ilk dəfə olaraq kəkotu fitonadı istehsal olundu. Bundan başqa düşes, tərxun, qızılgül, feyxoa, üzüm, limon və itburnu fitonadları da istehsal olunur.Lakin "Herba Flora"nın fəaliyyəti bununla yekunlaşmır.

2007-ci ilin dekabrında şirkətdə yeni bir şöbə - redaksiya açıldı və elə həmin ayda da "Herba Flora" adlı elmi-kütləvi jurnalın ilk buraxılışı işıq üzü gördü. Aydan-aya təzələnən jurnalımızın artıq çoxlu sayı çapdan çıxıb. Jurnalda təkcə müalicəvi bitkilər, onların cürbəcür xəstəliklərin terapiyasında rolu, müasir təbabətin aktual problemləri, tibbi yeniliklər haqda deyil, həmçinin dünya ölkələri, dünya xalqları, onların həyatı, mədəniyyəti, mətbəxi, xalq təbabətinin tövsiyə etdiyi müxtəlif kosmetik prosedurlar və başqa maraqlı mövzular ətrafında məlumatlar dərc olunur.Bunlardan əlavə "Herba Flora" şirkətinin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq tam yeni üslubda Fito Club açıldı. Ailəvi sağlam istirahət üçün əvəzedilməz bir məkan olan Fito Club-da müxtəlif xidmətlərimizdən də yararlana bilərsiniz.