Hekeri xəritədə

Hekeri

Bakı, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 12 AZ1025 *** 0 səs

Hekeri haqqında

“GGT LLC” – 1999 – cu ildə təsis olunmuş və Azərbaycanda, Qazaxıstanda, BƏƏ Dubayda fəaliyyət göstərən geniş şirkətlər qrupudur. "GGT LLC" şirkətlər qrupuna üç şirkət daxildir: Azərbaycanda "Hekeri Co Ltd", Qazaxıstanda "Kazakhstan Oil Field Supply", İordaniyada "Caspian Sea. Import & Export". Bütün bunlar dünya bazarında yararlı olan ən yaxşı maşınqayırma qurğuları və xidmətlərini təmin etməklə, texnoloji innovasiyalar və idarəçilik sayəsində azərbaycan sənayesinə böyük töhvələr vermişdir. Bu nümayəndəlik bütün yaranan problemləri operativ həll etməyə və müştərilərin tələb və arzularından xəbərdar olmağa imkan verir. “GGT LLC” şirkətinin fəaliyyəti müxtəlif istiqamətlər üzrə aparılır, bu istiqamətlərə əsasən neft və qaz avadanlıqlarının, gəmi ehtiyat hissələrinin və ağır texnikanın, məxaric materiallarının böyük çeşidlərinin satışı aiddir. Bu gün şirkətlər qrupu materialların, avadanlıqların, ehtiyat hissələrinin təchizi ilə məşğuldur, bütün regionlar üzrə yaradılmış etibarlı çatdırma sisteminə, materialların və avadanlıqların yüksək keyfiyyətinə və müvafiq qiymət sisteminə malikdir. Burada hər bir müştəriyə xüsusi diqqət ayrılır. Şirkət Şirkət öz müştərilərinin poliqrafiya, etiketkalar, qablaşdırma bazarında layiqincə liderə çevrilməsinə cəhd edir. “GGT LLC” şirkətinin ekspozisiyası müxtəlif çap üsulları üçün nəzərdə tutulan məxaric materialları, eyni zamanda təklif olunan avadanlıqların geniş spektri ilə fərqlənir. Məhsulun yüksək keyfiyyəti və seçim müxtəlifliyi hətta ən kaprizli müştərinin tələblərinə cavab veriləcəyinə zəmanət verir, bunun sayəsində də şirkətin məhsul dövriyyəsi daim genişlənir.