HB Güven Klinik xəritədə

HB Güven Klinik

Bakı, Binəqədi rayonu, Atatürk prospekti, 30/78 AZ1108 *** 1 səs

HB Güven Klinik haqqında

Tibb sahəsində 10 ildən çoxdur ki, xalqımıza xidmət edən HB Güven klinikası təcrübəli həkim kollektivi və tibbi personalı ilə sağlamlıq xidmətlərini keyfiyyətli və düzgün şəkildə həyata keçirməkdədir. Klinika geniş və səliqəli altı mərtəbəli binadan və bir neçə əlavə korpusdan ibarətdir . Açılışdan günümüzə qədər xəstəxanada müasir tibbin və texnologiyasının tətbiq olunması istiqamətində böyük irəliləyişlər əldə edilmişdir. Buranı fərqləndirən əsas cəhətlərdən biri odur ki, klinika 24 saat fəaliyyət göstərir.

HB Güven klinikasının əsas məqsədi

Klinikamıza müraciət edən, sağlamlıqla əlaqədar problemi olan kəslərin problemini etibarlı şəkildə və qısa müddətdə həll etməyə çalışmaq.
Tibb sahəsindəki və texnologiyadakı son yenilikləri təqib etmək və klinikada tətbiq edərək xidmət keyfiyyətimizi və fəaliyyətini davamlı inkişaf etdirmək və ən yaxşı olmaq hədəfimizdir.

Həkim kollektivi daimi olaraq fəaliyyət dairəsini genişləndirərək, əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması üçün dünya tibb aləmində baş verən yeniliklərlə maraqlanırlar. Beynəlxalq tibb konfranslarında, səhiyyə sahəsində həyata keçirilən tədbirlərdə, iclaslarda, seminarlarda və sərgilərdə iştirak edir və bütün bu yeniliklərin burada tətbiq olunmasına çalışırlar. Kadrların peşəkarlığının artırılması üçün həkimlər və tibbi personal klinika tərəfindən xarici ölkələrə ixtisasartırma kurslarına təkmilləşmə keçməyə göndərilir.Klinika 23 xidmət sahəsi ilə fəaliyyət göstərir. Əsas fəaliyyət sahələrini geniş profilli poliklinika, stasionar, diaqnostika, cərrahiyyə və laboratoriya təşkil edir.

HB Güven klinikasının xidmətləri

  • Alqologiya (Ağrı müalicəsi)
  • Anesteziologiya-Reanimatologiya
  • Angiologiya
  • Dermatologiya
  • Endokrinologiya
  • Fizioterapiya və Reabilitasiya
  • Ginekologiya
  • Kardiologiya
  • Nevrologiya
  • Oftalmologiya (Göz xəstəlikləri)
  • Otorinolarinqologiya (Qulaq-Burun-Boğaz və Baş-Boyun Cərrahiyyəsi)
  • Pediatriya (Uşaq sağlamlığı)
  • Plastik-Estetik-Rekonstruktiv cərrahiyyə
  • Psixiatriya və psixologiya
  • Qastroenterologiya
  • Radiologiya (Şüa diaqnostikası)
  • Revmatologiya
  • Terapiya (Daxili xəstəliklər)
  • Tibbi Laboratoriya
  • Travmatologiya- Ortopediya
  • Təcili Tibbi Yardım 7/24
  • Urologiya
  • Ümumi cərrahiyyə