Harmony School olaraq bizə muraciət edən hər kəsə yenilik metodikası təqdim edirik. Bu metodika özündə yaradıcı, analitik yanaşma tərzini birləşdirir və elecə də, qayda-qanun cərcivəsində əməkdaşliği tələb edir. Dizayn düşüncə adlanan bu proses mühəndislik ve dizayn sahələrinin əsasinda yaranmış metodu incəsənətdən gələn ideyalar,ictimai elmlərin vasitələri ve biznes dünyasının müəyyən anlayışları ilə birləşdirir. Bizim məktəbimizin tələbələri bu prosesi birlikdə öyrənir, fərdiləşdirir, sonra onu mənimsəyir və nəhayət, öz problemlərinin həllində tətbiq edir.
Harmony Dizayn məktəbində biz tətbiq etməklə öyrənirik. Biz tələbələrimizdən sadəcə problemin həllini tapmağı deyil də, həmcinin problemin nə olduğunu müəyyən etməklərini istəyirik. İlk olaraq tələbələr dizayn işini görəcəkləri insanlarla oz insani hisslərini və düşüncələrini kənara qoyaraq onların hisslərini, fikirlərini anlamaq, empatini inkishaf etdirmək sahesinden bashlayirlar. Növbəti mərhələdə onlar mümkün qədər çox həll yolları tapır və onlarl real insanlarla test edirlər. Təcrübə təkrarlanmaya əsaslanır: tələbə istənilən lahiyə esnasında mümkün ola biləcək qədər çox təkrak edir. Hər dəfə prosesı yenidən tətbiq etmək özü ilə birlikdə qeyri-adi yanaşma tərzi və gözlənilməz həll yoları gətirir.