Qubek Otel xəritədə

Qubek Otel

Səttar Gözəlov küçəsi, Balakən AZ1000 *** 0 səs

Qubek Otel haqqında

Qubek Hotel Azərbaycan Respublikasının Şimal-qərbində Balakən şəhərində yerləşir. Otelin adı eyniadlı dağın adından götürülüb. “Qubek” Böyük Qafqaz dağları silsiləsində bir zirvədir. Qubek zirvəsinin hündürlüyü 2097 metrdir. Otelin yerləşdiyi ətraf ərazidə burada istirahət edənlərin marağına səbəb olacaq əvəzsiz təbiət güşələri movcuddur. Bakıdan Balakənə qədər olan məsafə 430 km-dir. Balakənə dəmir yolu nəqliyyatı, avtobus və təyyarə vasitəsilə gəlmək olar. “Qubek Hotel” həm istirahət etməyi sevənlər, həm də iş adamlarına müvafiq standartlara uyğun səviyyədə xidmət göstərməkdədir.

Qubek Hotelin xidmətləri

Oteldə 63 otaq var. Bunlardan 24-ü standart, 30-u De-lyuks, 9-u isə VİP otaqlardır. Otel 24 hektarlıq sahəsi olan istirahət parkının ərazisində yerləşir.Burada istirahət üçün hər cür şərait yaradılmışdır,attraksionlar yerləşdirilmişdir və istirahət etməyə gələnlərin əsil marağına səbəb olacaq 1200 metrlik kanat yolu çəkilmişdir. Otel tərəfindən buradan istirahət edınlər üçün Balakən rayonunun tarixi abidələri olan yerlərə,Zaqatala şəhərinə,Qax şəhərinə (İlisu),Şəki xan sarayına və qonşu Gürcüstan Respublikasına (Tiblisi,Sığnaxi,Borjomi,Bakuriani və digər şəhərlərinə) ekskursiyalar təşkil olunur

  • Təhlükəsizlik
  • Peşəkar işcilər
  • Milli və beynəlxalq mətbəx
  • TV və peyk televiziya kanalları
  • Mərkəzləşdirilmiş isitmə/soyutma sistemi (tənzimləyici ilə)
  • Minibar
  • Wi- Fi internet
  • Konfrans zal
  • Restoran
  • Sauna
  • Hovuz
  • Ütü servisi
  • Çamaşırxana
  • Tibbi xidmət
  • Parking
  • Ekskursiyaların təşkili