Göygöl Rayonu İcra Hakimiyyəti xəritədə

Göygöl Rayonu İcra Hakimiyyəti

Azay Kazımov küçəsi, Göygöl, 1A AZ2500 *** 1 səs

Göygöl Rayonu İcra Hakimiyyəti haqqında

Rayonun mərkəzi olan Göygöl şəhərinin əsası 22 avqust 1819-cu ildə Almaniyanın Vyutenburq knyazlığından gəlmiş alman kolonistləri tərəfindən qoyularaq Helenendorf adlandırılmışdır. İlk dəfə Helenendorfda 56 ailə yaşamışdır. Mənzərəli təbiəti olan Helenendorfda alman memarlığı üslubunda evlər tikilərək 6 küçə salınmışdır, ümumtəhsil məktəbi, uşaq bağçası, musiqi məktəbi fəaliyyət göstərmişdir. Hazırda mövcud olan Aqrar Sənaye Kombinatının əsas binasını Forer qardaşları tikmiş, orada şərab və konyak istehsalı ilə məşğul olmuşlar, Helenendorfda istehsal olunan konyak və pivə dünyada tanınaraq bir çox xarici ölkələrə ixrac edilmişdir.

8 avqust 1930-cu ildə mərkəzi Helenendorf olmaqla Nərimanov rayonu təşkil olunmuş, 28 fevral 1992-ci ildə rayonun ərazisi iki yerə bölünərək Samux rayonu yaradılmışdır. 29 noyabr 1938-ci ildə isə Nərimanov rayonu Xanlar rayonu, mərkəzi Yelenendorf qəsəbəsi isə Xanlar şəhəri adlandırılmışdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 07 may 2008-ci il tarixli 2801 saylı Sərəncamı ilə Xanlar rayonu Göygöl rayonu, rayonun mərkəzi Xanlar şəhəri Göygöl şəhəri adlandırılmışdır.

27 inzibati ərazi dairəsinin tərkibində 1 şəhər (Göygöl şəhəri), 5 qəsəbə (Xanlar, Qızılqaya, Hacıməlik, Aşağı Zurnabad, Firuzabad qəsəbələri) və 39 kənd mövcuddur. Rayonda 25 bələdiyyə fəaliyyət göstərir.Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Əhali əsasən heyvandarlıq, əkinçilik və üzümçülüklə məşğul olur. Rayon ərazisindən Gəncə-Daşkəsən və Bakı-Tblisi magistral avtomobil yolları keçir. Rayon mərkəzindən 15 km məsafədə Gəncə dəmir yolu stansiyası, 12 km məsafədə isə Gəncə hava limanı yerləşir. Respublikamızın paytaxtı Bakı şəhəri ilə rayon mərkəzi arasındakı məsafə 364 km-dir.