Gomap.az xəritədə

Gomap.az

Bakı, Yasamal rayonu, Moskva prospekti, 10 AZ1000 *** 2 səs

Gomap.az haqqında

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sifariş edilmiş və Sinam şirkəti tərəfindən hazirlanmış rəsmi portaldır. GoMap üç dildə fəaliyyət göstərir (Azərbaycan,Rus və İngilis dillərin də ). GoMap Azərbaycanın ilk pulsuz elektron xəritəsidir və yerli mütəxəssislərin ərsəyə gətirdiyi layihədir. Azərbaycan Turizm Naviqasiyası Portalı Azərbaycanla maraqlanan və buraya səyahət etmək istəyən hər bir turistlə yanaşı, ümumiyyətlə azərbaycan haqqında məlumat əldə etmək istəyən bütün insanlar üçün sözün əsl mənasında bir bələdçidir.
Azərbaycan Turizm Naviqasiyası Portalı google map xərtəsinə bənzəyir və Azərbaycan ərazisini daha dəqiq detallarla əks olunan elektron xəritədir. Bu portal, Azərbaycanın ərazisində olan bütün obyektləri(mədəniyyət, turizm, səhiyyə, təhsil, nəqliyyat və s.), yerləri, şəhərləri, yolları, kəndləri, çayları, gölləri və s. bir sözlə, bütün Azərbaycanı və onun müxtəlif sahələr üzrə resurslarını əhatə edir.