Gölüstü otel və park kompleksi xəritədə

Gölüstü otel və park kompleksi

Masallı-Yardımlı yolu, 11-ci km., Masallı AZ1000 *** 0 səs

Gölüstü otel və park kompleksi haqqında

Masallıdan Yardımlı rayonuna gedən yolun Qəriblər kəndi ərazisində yerləşən Gölüstü park və otel kompleksi çox səfalı meşə və göl əhatəsində yerləşir. Dağlar qoynunda olmağına baxmayaraq kompleksin ərazisinin torpaq səthi düzəndir. Bu da sizin ərazimizdə rahat hərəkətinizi və istirahətinizi daha da gözəl edəcək.

Gölüstü park və otel kompleksinin xidmətləri

Otellərimizin taxtadan tikilişi istirahət edənlərin sağlamlığına xidmət edir. Ərazidə yüksək sürətli WiFi internet xətti sizi işinizdən və internet yeniliklərindən yararlanmağınıza xidmət edəcək. Biz aləvi istirahəti düşündüyümüz üçün uşaqları da unudmamışıq, onlar üçün müxtəlif əyləncə guşələri yaradmışıq. Parkın mərkəzində yerləşən böyük fəvvarə hamının istirahətini tamamlayıb gözəl aura yaradır. Bunlar bizim istirahət mərkəzimizin müəyyən bir hissəsidir. Təbiətin gözəlliklərini isə biz yazıb göstərə bilmərik, bunu görmək üçün sizin Gölüstü parka gəlməyiniz lazımdır. Gölüstü parkada sizə xoş istirahət diləyirik. Buyurub gəlin sadaladığımız və sadalamadıqlarımızı öz gözlərinizlə görün.