Glass House xəritədə

Glass House

Bakı, Nərimanov rayonu, Xəlil Rza Ulutürk küçəsi, 137C AZ1029 *** 1 səs

Glass House haqqında

2000-ci ildən dünyanın müxtəlif ölkələrinin tanınmış şüşə və güzgü istehsalçılarının məhsullarının idxalı ilə fəaliyyətə başlayan”Glass House” MMC Azərbaycanın inşaat bazarının şüşə sektorunda addım atan ilk şirkətlərdəndir.2005-ci ildə ilk istehsalını satin (mat) və dekorativ şüşələrin hazırlanması ilə başlamışdır.2007-ci ildə tikinti və arxitekturada şüşə emalına olan tələbatı nəzərə alaraq, Finlandiyanın “Glaston Finland” və İtaliyanın “Glaston İtalia” şirkətindən beynəlxalq standartlara tam cavab verən yüksək keyfiyyətli temper xəttini və müxtəlif çeşidli digər avadanlıqları əldə edərək müştərilərinə yeni məhsullar təqdim etdi.

Glass House şirkətinin fəaliyyət məqsədləri

2010-cu ildə “Glass House” Azərbaycanda analoqu olmayan, dünya üzrə məşhur İtaliyanın “Bovone” və “Maroso” şirkətlərinin istehsalı olan laminat şüşə xəttini quraşdıraraq çoxlaylı laminat şüşələrin istehsalına başladı.2011-ci ildə isə Almaniyanın “Bystronic-Lenhard” şirkətinin müxtəlif növ çoxfunksiyalı şüşəpaketlər istehsal edən tam avtomatik paketləmə xətti istismara verildi.“Glass House” dinamik kadrları və innovasiyalara (yeniliklərə) asan uyğunlaşan texnoloji qüvvəsi ilə şüşə və şüşə emalı sahəsində seçilmiş şirkətlərdən biridir. Yalnız düzgun texnologiyaya məxsus istehsalatın və təcrübəli personalın köməyi ilə yüksək keyfiyyətli dünya stantardlarına uygun məhsullar istehsal etmək mükündür və bu sahədə məqsədlərimiz:

  • Keyfiyyət və təhlükəsizlik standartlarına uyğun məhsullar istehsal edərək daima bu sahənin qabaqcıl şirkəti olmaq
  • Etik dəyərlərə malik işçi heyyətlə müştəri məmnuniyyətini və potensialını artırmaq
  • İşçi heyyətin məmnuniyyətinə və təhsilinə böyük önəm verərək sektorda rəqabət gücünü artırmaq
  • Yeni texnologiyalardan istifadə edərək ətraf mühitə vurulan ziyanı minimuma endirmək və bu istiqamətə daim önəm vermək
  • İşçilərimizlə, müştərilərimizlə, əməkdaşlıq etdiyimiz bütün digər istehsalcı şirkətlərlə uzunmüddətli əməkdaşlıqlara nail olmaq
  • Müvafiq standartlara tam cavab verən məhsul istehsal etmək
  • Məşğul olduğumuz sahə üzrə elmi-tədqiqat işlərinə və araşdırmalara daim şərait yaratmaq

Glass House şirkətinin məhsul və xidmətləri

  • Şüşə və şüşə məhsulları
  • Şüşə və şüşə məhsulları
  • Şüşələrin emalı
  • Temperli şüşələrin istehsalı
  • Çoxlaylı laminat şüşələrin istehsalı
  • Şüşə paketlər
  • Qumlama işləri
  • Satin və dekorativ şüşələr
  • Gülləkeçirməz şüşələr
  • Vitraj şüşələr
  • Fotoalbom