Glass Construction Qutqaşınlı küç. xəritədə

Glass Construction Qutqaşınlı küç.

Bakı, Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsi, 30 AZ1073 *** 1 səs

Glass Construction Qutqaşınlı küç. haqqında

“Glass Construction MMC” ilk dəfə 2007-ci ildən Azərbaycanda ən müasir şüşə və şüşələnmə sistemlərini təklif edən etibarlı tərəfdaş kimi yerli bazarda təmsil olunmağa başlamışdır. Texnologiyanın inkişafı və müştərilərin artan tələbatları fonunda günün tələbi olan eyvan-şüşəbənd sistemlərinin ənənəvi üsullarından daha fərqli, müasir və rahat cambalkon sistemləri ilk dəfə “Glass Construction MMC” tərəfindən dəyərli müştərilərinə təklif olunmuşdur. Cam balkon sistemləri və bir çox individual tələbatlara uyğun şüşələnmə sistemləri ilə müştərilərinin inam və etibarını qazanan şirkət getdikcə öz fəaliyyət spektrini genişləndirərək ana fəaliyyət istiqamətinə uyğun gələn digər sahələrdə də özünü sınamağa çalışmış və bu cəhdlər də eyni zamanda çox uğurlu alınmışdır. GC-nin Azərbaycan tikinti-quraşdırma bazarında istehlakçılara təqdim etdiyi məhsul və xidmətlərin siyahısına, getdikcə cambalkon sistemlərinin müxtəlif növləri (pərdəli, sürməli, asqılı və sadə cambalkon sistemləri), müxtəlif çeşidli ofis arakəsmələri, şüşə fasad işləri, şüşə perilalar, şüşə qapılar (petləli, motorlu, sürgülü, fotoselli), PVC sürgülü sistemlər, PVC döşəmə sistemləri(Teraslar) alüminium pəncərələr, izosistemlər, duş kabinalar, pultla idarə edilərək hərəkətli və sabit şüşə tavan sistemləri, hərəkətli və sabit tent sistemləri və s. daxil olmağa başladı. Düşünülmüş strategiya ilə gələcəyə hesablanmış addımlarla və professional heyəti ilə Gıass Construction başladığı bütün yeni işlərdə uğur və nailiyyətlər qazanmış və nailiyyətlər şirkətin daha inamlı addımlar atmasında özül rolunu oynamışdır. Bu gün GC öz brend portfelinə dünyanın bir çox aparıcı istehsalçılarının məhsullarını daxil edərək texnoloji inkişafın bəxş etdiyi innovasiyaları yerli bazarda tətbiq edir. Bu brendlərə dünyaca məşhur Deceuninck (Belçika), Mottura, Zanzar (İtaliya), Solarlux (Almaniya) aid etmək olar. Dünyanın 75 ölkəsində diler şəbəkəsi və şourumlara sahib olan, bütün ekoloji-sağlamlıq standartlarına cavab verən dünyaca məşhur “Deceuninck” Profillərinin istehsalçısı, Belçika şirkəti Deceuninck n.v. ilə GC arasında 2014-cü ildə Azərbaycanda rəsmi distributorluq müqaviləsi imzalamışdır. Bu baxımdan 2014-cü ili şirkət üçün çox uğurlu il hesab etmək olar. Buna səbəb isə Deceuninck markasından əlavə pərdə və jalüz sistemlərinin innovativ mexanizmlərinin istehsalçısı Mottura Spa. ilə bu ildə distributorluq müqaviləsinin imzalanmasını göstərmək olar. 2015-ci ilin başlanğıcında isə GC öz ənənəsinə sadiq qalaraq, müştərilərini yeniliklərlə sevindirmək prinsipi ilə Deceuninck PVC pəncərə-qapı sistemlərinin, Mottura pərdə-jalüzlər, mexanizmlərinin və premium taxta pəncərə nümunələrinin sərgiləndiyi 350 m2-lik sərgi salonunu müştərilərin üzünə açmışdır. Əsas hədəfimiz sürətlə inkişaf edən texnologiyanın verdiyi imkanlardan yararlanaraq ərsəyə gəlmiş məhsul və xidmətləri ilk əvvəlində dərindən mənimsəmək, daha sonra həmin məhsul və xidmətləri Azərbaycanda istehlakçılarımız üçün daha yaxın və əlçatan etməkdir.