Qızılağac xəritədə

Qızılağac

Bakı, Nərimanov rayonu, Ziya Bünyatov küçəsi, 1965/56 АZ1049 *** 1 səs

Qızılağac haqqında

“Qızılağac LTD” bu gün Azərbaycanda özəl tikinti sənayesində uğurla fəaliyyət göstərən şirkətlərdən biridir. Kollektiv əsasən Rusiyadan ağac və taxta materialları, lak və boyaların gətirilməsi, emalı, topdan və pərakəndə satışı ilə məşğul olur.

Son dövrdə şirkətin kollektivi fəaliyyət istiqamətlərini daha da genişləndirərək brusdan və digər taxta materiallarından bir-birindən gözəl və yaraşıqlı taxta evlər inşa etməyə başlamışdır. Şifarişçilərin arzusu ilə şirkətin yüksək peşəkar memar, mühəndis və ustaları tikinti obyektləri üçün ayrılan sahələrin planirovkasından başlamış, evlərin layihə-smeta xərclərinin tutulması, onların optimal müddətə və tikinti təhlükıszilik normativlərinə ciddi əməl olunmaqla inşa edilməsi və s. işləri müqavilə şərtlərinə və qrafikə uyğun olaraq yüksək keyfiyyətlə icra edib təhvil verirlər.

Ağac və taxta materialları, lak və boyaların topdan və pərakəndə satışı

Qeyd edək ki, Azərbaycanda yüksək keyfiyyətli taxta materiallarından binaların tikintisi nisbətən yeni sahədir və “Qızılağac LTD” faktiki olaraq bu sahədə brendə çevrilib. Bunlardan başqa, “Qızılağac LTD”-nin ustaları yeni inşa olunan və ya əvvəldən tikilmiş bina evlərinin həyətlərində (sifarişçilərin arzusu ilə evlərə bitişik də ola bilər) ən sərfəli qiymətlərlə rus hamamları (Ruskiye bani) və hovuzlar tikirlər, yaraşıqlı veranda və terraslar quraşdırırlar. Burada çalışan təcrübəli ustalar həmçinin ən yeni texnologiyalardan istifadə edərək Avropadan gətirilmiş müasir dəzgahlarda üzərlərində rəngarəng naxışlar (ornamentlər) həkk olunan gözəl taxta qapı, pəncərə, besedkalar və s. düzəldirlər.

“Qızılağac LTD ” Qarabağ Müharibəsi Əlılləri və Veteranları Cəmiyyəti İctimai Birliyi tərəfindən 2011-ci ildə təsis olunub. Təşkilata Qarabağ maharibəsində snayperçi qadın-döyüşçü, müharibə əlili Növrəstə Yusifova rəhbərlik edur. Şirkətin direktoru Elşən Ağakişiyev də Qarabağ müharibəsində şərəfli döyüş yolu keçmişdir. Üçüncü qrup Qarabağ müharibəsi əlilidir. Yeri gəlmişkən, hazırda “Qızılağac LTD”-də çalışanların çoxu Qarabağ müharibəsi veteranları, onların övladlarıdır.

Bağ evləri və interyer üçün taxta məmulatları Qızılağac şirkətində

“Qızılağac LTD” yarandığı ilk gündən başlayaraq səmərəli biznes fəaliyyəti ilə yanaşı, xeyriyyə aksiyaları da keçirir. Kollektiv bir müddət əvvəl “SOS uşaq kəndləri” Azərbaycan Assosiasiyasının paytaxtın Bakıxanov qəsəbəsindəki valideyn himayəsindən məhrum olmuş yeniyetmələrin yaşadığı müəssisə ilə vaxtaşırı əlaqə saxlayır, onlara, eləcə də digər imkansız ailələrə mütəmadi maddi və mənəvi qayğı göstərməyə çalışır.

Şirkətin ictimaiyyətlə əlaqələri də ən müasir tələblər səviyyəsində qurulub. Belə ki, “Qızılağac LTD”-nin mətbuat xidməti şirkətin uğurları barədə mətbuat üçün vaxtaşırı press-relizlər hazırlayır, Rusiyada və dünyada meşə sənayesi, taxta emalı və mebel istehsalı sahəsindəki maraqlı məlumatları da internet-saytı vasitəsilə oxuculara çatdırır. “Qızılağac LTD” sosial şəbəkələrdə də geniş təmsil olunur. “Facebook”da şirkətin fəaliyyəti barədə mediada operativ məlumatlar və reklam çarxları yayımlanır.
“Qızılağac LTD”nin devizi belədir: Biz hər bir işi ən yüksək standartlar səviyyəsində görürük! Yüksək əmək və maliyyə intizamı, müasir innovasiyalara geniş meydan verilməsi, hər sahədə sözlə işin vəhdəti “Qızılağac LTD” şirkətinə dərin inamı yaradıb. Bəli, kollektiv özünün ən böyük uğurunu müştərilərin dərin etimadını qazanmaqda görür. Nəticələr də ürəkaçandır: Şirkətin işindən hələ bir nəfər də narazı qalmayıb

“Qızılağac LTD”-nin Xidmətləri:

  • Taxta və taxta materiallarının Azərbaycana və Yaxın Şərqə idxalı və ixracı.
  • Rusiyanın məşhur “Lestrans”, “Goodmaster” və “Neomid” şirkətlərinin taxta və taxta qoruyucu maddələrinin və inşaat kimyası məhsullarının rəsmi nümayəndəliyi. Bu şirkətlərə məxsus müxtəlif növ ağac və lak-boya məhsullarının satışı.
  • Taxtadan interyer (avrovaqonka, blokhaus, ştil, planken), eksteryer (amerikanka), terras, mansard, sauna və döşəmə (avropol) üçün hazırlanmış məhsulların vurulması, bərpası, dizaynı və rənglənməsi.
  • Bağ evləri və interyer üçün taxta məmulatlarından hazırlanmış məhsullar.
  • Besedkaların dizaynı, tikintisi və yüksək qoruyucu maddələrlə rənglənməsi.
  • Silindirləşmiş və profilləşmiş brusdan evlərin tikintisi.