Gilan Pacific Inşaat xəritədə

Gilan Pacific Inşaat

Xırdalan, Şamaxı yolu, 4 AZ1000 *** 2 səs

Gilan Pacific Inşaat haqqında

Respublikada "Pacific İnşaat" adıyla fəaliyyət göstərən "GİLAN-TN" İnşaat Materialları" Şirkəti daxili və xarici bazarlar üçün bir sıra tikinti materialları və kimyəvi məhsullar istehsal edir. Bir sıra "Gilan Holdinq"ə daxil olan bir sıra şirkətləri özündə birləşdirən "Pacific İnşaat" Azərbaycan şirkətləri üçün beynəlxalq biznes əməkdaşlığını inkişaf etdirmək məqsədilə yaradılmışdır.

Pacific İnşaat şirkətinin fəaliyyət sahələri

  • Kimyəvi inşaat maddələri və boya istehsalı;
  • Genişləndirilmiş Polistirol (XPS) İzolyasiya Lövhəsinin istehsalı;
  • Gilan Sendviç Paneli istehsalı;
  • Gilan Gips istehsalı;
  • Gilan Kalsit istehsalı.

"Pacific İnşaat" kompleksinin təməl 2007-ci ildə qoyulmuşdur. Həmin vaxtdan bugünədək müəssisə bir sıra sənaye layihələrini həyata keçirmişdir.

Kimyəvi İnşaat maddələri və boya istehsalı

Kimyəvi inşaat maddələri və boya istehsalı bölməsi 2009-cu ildə fəaliyyətə başlamış, Almaniya və Türkiyədən gətirilmiş yüksək texnoloji avadanlıqlarla təchiz olunmuşdur. Müəssissnin 3000 m2 sahədə yerləşən kimyəvi inşaat maddələri və boya istehsalı bölməsi əsasən üç şöbədən ibarətdir:

Toz istehsalı sahəsi

Toz istehsalı sahəsi kafel yapışdırıcısı (sebond, paraflex); izolyasiya materialları (izolir 901, 902, UV); tikinti dolğuları (Ardol flexar); beton möhkəmləndiricisi (paskret st100 tx, F, T); və beton qatılaşdırıcısı (arcon) daxil olmaqla, sement kimyəvi inşaat materialları istehsal edir.Müəssisənin əsas istehsal sahələri bunlardır: iki qablaşdırıcı maşın (1 kq və 5kq-lıq tikinti dolğusu istehsalında); 80 tonluq xam material anbarı; yüksək təzyiqli yükləyicilər; rütubət azaldanlar; hündürlüyü 27 m olan polad silosu. Müəssisənin ümumi toz istehsalının illik həcmi 30000 tondur.

Beton əlavəsi və tamamlama məhsulları zavodu

Bu zavod əsasən B-Tərkibli (maye) beton qarışığı; PVA-tərkibli izolyasiya materialları; bundan başqa donma əleyhinə qatqı (Melkret 800, 200K, donma əleyhinə Lubrand) və ləngidici qatqı (Melkret 500, 200) istehsal edir. Zavodda il ərzində ümumilikdə 11000 ton plastikləşdirici, super-plastikləşdirici, sürətləndirici və digər polimer tərkibli beton qatqıları istehsal olunur. Həmin məhsulların estetik görünüşünə xüsusi diqqət yetirilir və həmin beton qarışığının tərkibi optimallaşdıraraq, inşaat şirkətlərinə və beton istehsalçılarına satılır.

Boya istehsalı müəssisəsi

Bu müəssisə "Marşal" (AZKO-Nobel beynəlxalq şirkətindən alınan lisenziya əsasında) boyalarının istehsalı da daxil olmaqla, su tərkiblı boyalar (emulsiya) istehsal edir. Müəssisə Türkiyə, İran, Çin və Rusiya da daxil olmaqla, xarici ölkələrdən xam material ixrac edərək, ildə 4500 ton boya istehsal edir.

Pacific xps İzolyasiya istehsalı zavodu

Xarici görünüşü ilə diqqəti cəlb edən, 1,500m² sahəni əhatə edən bu müəssisədə əsasən XPS (genişləndirilmiş polistirol) panelləri istehsal edir. Həmin panellər binanın fasadının termal səmərəliliyini artırmaq üçün nəzərdə tutlmuşdur. Bu panellərin quraşdırılması sayəsində binanın istilik xərclərinin 45-50% azaldığı sübut olunmuşdur. Zavod ildə 30000m³ panel istehsal edir.