Gilan Dəri xəritədə

Gilan Dəri

Bakı, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, 219 АZ1014 *** 2 səs

Gilan Dəri haqqında

Yevlax rayonunda yerləşən "Gilan" Dəri emalı zavodunun əsası 2005-ci ildə qoyulmuş və əsas istiqaməti ən yaxşı dəri istehsalına yönəlmişdir.Regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində təsis edilən dəri emalı zavodu 46,700m² ərazini əhatə edir və zavod İtaliya istehsalı olan ən son texnologiya ilə, dərinin aşılanması, presləmə və parlatma avadanlıqları istehsalçısı olan CM və Aletti kimi məşhur dəri emalı makinaları, dərinin aşılanması və örtülməsi üzrə avadanlıq istehsalçısı Poletto, aşılama, parlatma, presləmə istehsalçısı Flamar Tomboni, kimyəvi maddələr istehsalçısı olan Alpek və dəri emalı və prosesə nəzarət avadanlıqları ilə təchiz edilmişdir."Gilan" Dəri emalı zavodunda istehsal olunan bütün məhsullar beynəlxalq standartlara cavab verir və İtaliya, İspaniya, Türkiyə, Ukrayna və İran bazarlarına ixrac olunur.Gündəlik istehsal həcmi: 27 ton dəri (5000 gön) və 3000 kiçik gön parçaları.