Gilan çay fabriki xəritədə

Gilan çay fabriki

Sütərmurdov kəndi, Lənkəran AZ1000 *** 1 səs

Gilan çay fabriki haqqında

2010-cu ildə əsası qoyulan "Gilan" çay fabriki çayın istehsalı, emalı və satışı üzrə ixtisaslaşmışdır. Lənkəran rayonunun Sütəmurdov kəndi yaxınlığında 1 hektar sahədə yerləşən və yenicə tikilmiş "Gilan" çay fabriki gün ərzində ümumilikdə üç ton istehsal həcminə malikdir. Müvafiq məqsəd üzrə inşa edilmiş müəssisənin açılışı 2010-cu ildə həyata keçirilmişdir və müəssisə Çin, Yunanıstan, Tayvan və Türkiyədən gətirilən çay emalı və istehsalı üzrə avadanlıqlarla təchiz edilmişdir.

Gilan çay fabrikinin bölmələri

  • İlkin emal;
  • Seçmə;
  • Qablaşdırma.

İlkin emal bölməsi gün ərzində 3000 kq çay yarpağı emalı və qablaşdırma bölməsi yarım gün ərzində 5000 kq çay qablaşdırılması potensialına malikdir. Azərbaycanda davamlı çay sənayesi yaratmaq məqsədilə "Gilan" şirkəti Lənkəranda 16 hektar, Astarada isə 7.5 hektar əvvəlki çay plantasiyasını almış və yenidən bərpa etmişdir. Hər iki sahə yeni emal avadanlıqları ilə təchiz ediləcək. Birinci "Gilan" çay fabriki şitilləri 2011-ci ildə əkilmişdir. "Gilan" şirkəti yerli bazar üçün bir çox çay məhsulları istehsal edir.

İtehsal olunan 3 məhsul növü

  • "Lənkəran" çay - 100qr;
  • "İmperial" çay - 100qr;
  • "Lənkəran" çay - 2qr (çay paketləri).

Şirkət həmçinin xarici bazarlara ixrac üçün bir sıra çay məhsulları istehsalını həyata keçirir.