Gəncə Şəhər Icra Hakimiyyəti xəritədə

Gəncə Şəhər Icra Hakimiyyəti

Gəncə, Atatürk prospekti, 255 AZ2000 *** 1 səs

Gəncə Şəhər Icra Hakimiyyəti haqqında

Gəncə şəhəri — Azərbaycanın, 2-ci böyük şəhəridir. 1804-cü ildən 1918-ci ilədək Yelizavetpol adlandırılmış, 1918-ci ildə Gəncə adı yenidən bərpa edilsə də 22 fevral 1935-cü ildə dəyişdirilərək şəhər Kirovabad adlandırılmışdır. 1989-cü ildə Gəncə adı bərpa edilmişdir. 24 yanvar 1939-cu ildən respublika tabeli şəhərdir. Şəhərin ərazisi 110 kv. km, əhalisinin sayı 1 yanvar 2013-cü il tarixə 323,5 min nəfərdir. Gəncə Şəhəri 2 rayon və 6 qəsəbə inzibati ərazi vahidindən ibarətdir. “Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 13 dekabr tarixli 270-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2012-ci il tarixli, 1991 №-li Sərəncamı ilə 5 yeni-Şıxzamanlı, Məhsəti, Sadıllı, Natəvan və Cavad xan adlı qəsəbələri yaradılmışdır.