Gəncə Ağır Cinayətlər Məhkəməsi xəritədə

Gəncə Ağır Cinayətlər Məhkəməsi

Gəncə, Atatürk prospekti, 256 AZ2000 *** 1 səs

Gəncə Ağır Cinayətlər Məhkəməsi haqqında

Gəncə Ağır Cinayətlər Məhkəməsi müvafiq ərazi yurisdiksiyası çərçivəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə ağır və xüsusilə ağır cinayət hesab olunan əməllər üzrə cinayət işlərinə baxır, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) məsələsini həll edir.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin yaradılması

Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2010-cu il tarixli Fərmanına əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsi yaradılmışdır. Məhkəmə fəaliyyətinə 01 yanvar 2011-ci il tarixindən başlamışdır.
Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin və hərbi məhkəmələrin ərazi yurisdiksiyası haqqında Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2010-cu il tarixli Fərmanına əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri aşağıdakılardır:

1. Ağdam rayonu
2. Ağstafa rayonu
3. Bərdə rayonu
4. Daşkəsən rayonu
5. Gədəbəy rayonu
6. Gəncə Şəhəri Kəpəz rayonu
7. Gəncə Şəhəri Nizami rayonu
8. Goranboy rayonu
9. Göygöl rayonu
10. Xankəndi şəhəri
11. Xocalı rayonu
12. Kəlbəcər rayonu
13. Qazax rayonu
14. Naftalan şəhəri
15. Samux rayonu
16. Şəmkir rayonu
17. Tərtər rayonu
18. Tovuz rayonu