GDG Professionals kadrların idarә olunması (HRM), kouçinq, tәlim, hedhantinq/işә düzәltmә üzrә peşәkar xidmәtlәr göstәrәn şirkәtdir. Beynәlxalq standartlarla fәaliyyәt göstәrәn GDG Professionals mәqsәd vә nәticә yönümlüdür. Biz HRM-in inkişafına, şirkәtlәrdә müxtәlif biznes proseslәrinin idarә olunmasına, optimallaşmasına xidmәt göstәririk.Şirkәtlәrin strateji hәdәflәrini dәstәklәmәk vә ona dәyәr qata bilmәsini tәmin etmәk üçün GDG Professionals HRM-in fәaliyyәtini dörd istiqamәtdә:
Fәaliyyәtimizi peşәkarlıq üzәrindә qurmaqla şirkәtlәrlә iş birliyimizdә qarşılıqlı inam vә etibar prinsiplәrini әsas götürür vә onlarla münasibәtlәrimizi biznes tәrәfdaş kimi qururuq.
Azәrbaycanda idarәetmә sahәsindә, xüsusi ilә HRM-dә bir sıra xidmәtlәrin göstәrilmәsi GDG Professionals şirkәtinin adı ilә bağlıdır. Bunlara hedhantinq/işә düzәltmә, kouçinq vә idarәetmә üzrә mәslәhәtlәr, tәlimlәrin verilmәsindә yeni yanaşmalar vә s. aiddir. Biz daim inkişaf edir vә iş bazarına yeni xidmәt növlәri gәtiririk.Biz idarәetmәdә HRM-ә yeni baxışı, yanaşmanı tәbliğ etmәklә yanaşı, elәcә dә HRM üzrә bütün sistemi qurmaqda, qaydaların hazırlanmasında, onların tәtbiqindә xidmәtlәr göstәririk.GDG Professionals öz missiyasına vә prinsiplәrinә sadiqdir. Bizi fәrqli vә xüsusi edәn mәhz bu keyfiyyәtimizdir. Belә ki, biz, xidmәt göstәrdiyimiz bütün sahәlәr üzrә birinciliyi - liderliyi iilәr uzunu saxlamaqdayıq.
Bizim әsas missiyamız müştәrilәrin işgüzar imkanlarını maksimuma çatdırmaq mәqsәdi ilә peşәkar xidmәtlәr vermәyә vә onları (müştәrilәri) doğru zamanda, doğru resurslarla tәmin etmәyә zәmanәt vermәkdir. GDG Professionals şirkәtinin mәqsәdi әn böyük olmaq deyil, әn yaxşı olmaqdır.GDG Professionals fәrdi vә komanda işinә, müştәrilәrә yüksәk dәyәrin verildiyi, insanların bir-birinә hörmәtlә yanaşdığı, biliklәrini bölüşdüklәri şirkәtdir.
Bizim mәqsәdimiz müştәrilәrin gözlәntilәrini qarşılamaq vә mükәmmәl olmaqdır. Hәdәflәrimizә nail olmaq üçün biz daim inkişaf edir vә işçi heyәtimizә mәqsәdyönlü işlәmәyi tәlqin edirik. Biz davamlı olaraq әmәkdaşlarımızın müvәffәqiyyәtlәrini vurğulayır vә onları mükafatlandırırıq. Uğurumuz yeniliklәrin (innovasiyaların) tәtbiqi vasitәsilә rәqabәtә davamlılığımızı saxlamağa vә iş proseslәrini, xidmәtlәrimizi daima tәkmillәşdirmәyә әsaslanır.Biz işçilәrimizlә onların müştәrilәrimizә rәftar etmәlәrini istәdiyimiz tәrzdә davranırıq. Biznesimiz böyüyür vә böyüdükcә biz bu dәyәrlәrә sadiq qalırıq.