Qaranquş Uroloji Sanatoriyası xəritədə

Qaranquş Uroloji Sanatoriyası

Bakı, Mərdəkan qəsəbəsi, Xəzər rayonu, Kolxoz küçəsi, 45 AZ1076 *** 7 səs

Qaranquş Uroloji Sanatoriyası haqqında

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Qaranquş” uroloji sanatoriyası Sizə Azərbaycanın paytaxtı Bakı şəhərinin cəmi 35 km-də yerləşən Abşeron yarımadasının ən mənzərəli yerlərindən biri olan Mərdəkan qəsəbəsində istirahətdən zövq almaq imkanı təqdim edir. İqlimi mülayim qurudur, yayda havası isti-quru, qışda mülayim olur, bu da uroloji xəstəliklərinin müalicəsində mühüm əhəmiyyət kəsb edir. İstirahətçilərin ilin 5-6 ayı ərzində Xəzər dənizində çimmək imkanı olur. “Qaranquş” sanatoriyasının müalicəxanasında xəstələr təbii müalicəvi palçıqla və müalicəvi mineral yod-bromlu su ilə müalicə olunur və Qala-Altı mineral su qalereyası da xəstələrə xidmət göstərir(Naftusiya tipli). 

“Qaranquş” uroloji sanatoriyasında bir nəfər üçün 18 təqvim günü müddətinin təxmini qiymətləri ( yaşayış, müalicə, gündə üç dəfə qidalanma)

  • İki nəfərlik iki otaqlı lüks                 682 AZN
  • Bir nəfərlik iki otaqlı lüks                682 AZN
  • Bir nəfərlik bir otaqlı nömrə           640 AZN
  • İki nəfərlik bir otaqlı nömrə            625 AZN
  • İki nəfərlik bir otaqlı nömrə            510 AZN
  • Dörd nəfərlik ailəvi kottec              2596 AZN

Tibbi göstərişlər

  • böyrək və sidik yolları xəstəlikləri
  • xroniki pielonefrit
  • xroniki sistit
  • xroniki prostatit
  • sidik daş xəstəlikləri

Tibbi əks göstərişlər

  • kəskin fazada olan bütün xəstəliklər
  • onkoloji xəstəliklər
  • kəskin infarkt miokardı
  • infeksion xəstəliklər
  • hipertoniya xəstəliyi III dərəcə
  • ürək çatışmamazlığı II-III dərəcə
  • hamiləliyin bütün dövrü

Qaranquş Uroloji Sanatoriyasında müalicə

Komfortlu müalicə şöbəsi və yüksək ixtisaslı mütəxəssis kurortoloqlar Sizin müalicənizin müvəffəqiyyətlə keçməsini təmin edəcəklər.

  • Sanatoriyanın müalicə bazası
  • su müalicəxanası-təbii yod-bromlu vannalarla
  • Qala-Altı mineral su qalereyası
  • palçıqla müalicə
  • naftalan və parafinlə müalicə
  • elektroişıqla müalicə
  • massaj
  • mədə və bağırsaq yuyulması
  • sauna

Təcrübəli mütəxəssislər xəstələrin müalicəsinə nəzarət etməklə aşağıdakı diaqnostik aparatlardan istifadə edirlər

  • klinik və biokimyəvi laboratoriyalar
  • ultrasəs müayinəsi
  • elektrokardioqrafiya

Ehtiyacınız olduqda Siz aşağıdakı mütəxəssislərin xidmətindən yararlana bilərsiniz

  • qastroenteroloqun
  • nevropatoloqun
  • ginekoloqun
  • stomatoloqun