Garabag Resort & SPA xəritədə

Garabag Resort & SPA

Şirvan prospekti, Naftalan, 12 AZ4600 *** 1 səs

Garabag Resort & SPA haqqında

GARABAG SPA&RESORT 600 ildən çox öz müalicəvi xüsusiyyətləri ilə dünyada tanınmış unikal naftalan yağının yataqları yerləşən Naftalan kurort zonasının gözəl və füsunkar ərazisində yerləşir. GARABAG SPA&RESORT sadəcə geniş parkın kölgəsində yerləşən dəbdəbəli otel deyil, həm də sağlam həyat, rahatlanma və yüksək qastronomik mətbəxin vəhdətidir. Burada personalın mehriban və diqqətli rəftarı həmişə xoş atmosfer yaradır. Rahat otaqlar, əfsanəvi naftalan yağı əsasında müalicəvi proqramlarının, həmçinin ənənəvi və xüsusi SPA proqramlarının geniş seçimi keyfiyyətli istirahət və həyat tonusunun bərpasına xoş təsir göstərir. Sakitlik, rahatlıq və dəbdəbə burada hökm sürür. Mütəşəkkil infrastruktura və müasir şəraitə malik otel öz qonaqlarına gözəl otaqlar, dadlı mətbəx, uşaqlar və böyüklər üçün müxtəlif əyləncələr təklif edir. Azərbaycan qonaqpərvərliyi aləminə xoş gəlmisiniz!

Garabag Resort & SPA - Otel avadanlığı və təchizatı

  • Açıq hovuz 737 m2 Soft animasiya (Yüngül animasiya)
  • Daxili (qapalı) hovuz 195 m2 Valyuta mübadiləsi
  • Tenis kortu 24 saatlıq otaq xidməti
  • Voleybol və basketbol meydançası Oyun zonası
  • Mini Qolf Kino salonu
  • Uşaq meydançası Billiard
  • 3 kilometrlik gəzinti yolu Market və butiklər
  • SPA mərkəzi Alış-veriş sahəsi
  • Kitabxana Xidmət avtobusu
  • Biznes Mərkəzi VIP aeroport xidmətləri
  • Kompyuterlərlə təchiz olunmuş internet güşəsi Helikopter üçün eniş meydançası
  • Pulsuz Wi-Fi Pulsuz otel dayanacağı
  • Ala Carte Restoran və Bar Klub avtomobilləri
  • Canlı musiqi axşamları Mütəşəkkil ekskursiyalar
  • Əlilliyi olan insanlar üçün ayaqyolu (tualet) birinci mərtəbədə, lobbi, Restoran və Barlar zonasında yerləşir

Bütün otaqlar təchiz olunub:

  • Telefon Xələt
  • Peyk kanalları Dəsmal üçün quruducu
  • 40' ölçülü düz ekranlı televizor Heyrətamiz makiyaj
  • Çay və qəhvə dəsti Güzgü
  • Elektrik çaydan Hamam
  • Mərkəzi kondisioner sistemi Dəsmal qızdırıcısı
  • Parket döşəmə Tropik duş və masaj duşu
  • Mini bar Hamam tərlikləri
  • Elektron seyf Bide
  • Simmons ortopedik matrasları İstəkdən asılı olaraq,ütü və ütü lövhəsi
  • Elektron tüstü detektoru Dincəlmə sahəsi
  • Oxumaq üçün lampa

Garabag Resort & SPA Mərkəzində İdman və əyləncə

  • Fitnes mərkəzi - ENTERA SPA & Wellness fitness mərkəzində yerləşən müalicəvi bədən tərbiyəsi, yoqa və pilates zalında qrup məşğələlərinə qoşula və şəxsi məşqçi ilə işləmək olar. Güc və kardio tipli trenjorlarla təchiz olunmuş müasir trenajor zalında məşqlər isə yaxşı idman formasında qalmağa kömək edir. Təmiz havada məşğul olmaq istəyənlər üçün iə parkda xüsusi trenajor dayanacaqları təşkil olunub.
  • Hovuz yanında istirahət - Garabag SPA&Wellness hovuzlarında üzmək qonaqlara böyük həzz bağışlayır. İsti yay vaxtında individual günlükləri olan rahat şezlonqlarla təchiz olunmuş üstüaçıq hovuz daha aktual olacaq. Oyunlar və su gimnastikası bir çox aktiv istirahət sevərləri cəlb edəcək, hovuzun yanındakı barda müxtəlif sərinləşdirici içkilər isə istidə təravətlənməyə kömək edəcək. Entera SPA-dakı üstübağlı hovuz hətta kurort mövsümü bitdikdən sonra belə, istirahət vaxtını uzatmağa imkan verərək ilin istənilən vaxtı qonaqları dəvət edir.
  • Skandinaviya gəzintisi - Xüsusi çubuqlarla gəziş getdikcə populyarlıq qazanan müstəqil idman növüdür. Sahəsi 130000 m2 olan füsunkar park müxtəlif zaman müddətli gəzintilərə imkan yaradır. Məşğələlərin effekti – 90%-a yaxın bədən əzələlərinin məşqi, ürək və ağciyərlərin işinin yaxşılaşması, tarazlıq və koordinasiya hisslərinin yaxşılaşmasından ibarətdir.
  • Müalicəvi terrenkur - Terrenkur - müəyyən, qeyd olunmuş marşrutlar üzrə piyada gəzinti üsuluyla fiziki iş miqdarının tənzimlənməsi tətbiq olunan sanatoriya-kurort müalicə üsuludur. Piyada gəzinti vaxtı orqanizm möhkəmlənir, əzələlər arasında iş paylanır, ürək döyüntüsü artır, maddələr mübadiləsi güclənir. Əlbəttə ki, adi gəzinti kimi əhval-ruhiyyəyə müsbət təsir göstərir.
  • Mini-qolf - Parkda yerləşən böyük qolfun kiçik versiyası, həqiqətən, çox sadə, kreativ, yeni və hamıya istənilən yaşda mümkün olan istirahət brendi və həyat üslubudur. Bu gün mini-qolf kütləvi, demokratik və həqiqi beynəlxalq oyun kimi tanınmışdır.
  • Aktiv istirahət sevərlər üçün şam ağacları əhatəsində tenis kortu, voleybol və basketbol meydançaları yerləşir.
  • Uşaqlar üçün oyun meydançası - Oyun təchizatı uşaqların sosial adaptasiyasına yaxşı təsir göstərən, fiziki və əqli inkişafa kömək edən konstruktiv birləşmələr toplusudur. Təmiz havada oyunlar, şən yarışlar və daha bir çox tədbirlər bu meydançanı uşaqların ən sevimli oyun yeri edəcək.
  • Ticarət və əyləncə mərkəzi - Oteldə yerləşən ticarət və əyləncə mərkəzi SPA mərkəzindəki istirahət və prosedurlarla bərabər, şopinq etmək, oyun avtomatlarında oynamaq, Piazzeta kafesində əsl pizza dadmaq, maraqlı film seyr etmək və ya kino-konsert zalında maraqlı leksiyaya baş çəkmək, bilyard partiyası oynamaq və ya rahat kafedə oturub fəvvarənin xoş səsi fonunda dadlı təamlardan həzz almaq imkanıdır.
  • Kitabxana - Otelin kitabxanasına çəkilmək və maraqlandığınız kitabı seçmək olar. Bizim kitabxanada dünyanın bir çox dillərində kitablar tapmaq olar. Biz sizə gətirdiyiniz və ya artıq oxuyub qurtardığınız kitabı kitabxanada saxlamağı təklif edirik ki, həmin kitablardan başqaları da həzz ala bilsin. Oxuyub qurtara bilmədiyiniz kitabı isə özünüzlə apra bilərsiniz.
  • Biznes mərkəzi - İstirahət vaxtı biznesə vaxt ayıran işgüzar insanlar üçün iş, işgüzar danışıqların aparılması, sənədlərin təcili çapı və s. üçün çox gözəl təchiz olunmuş zal təklif olunur.
  • Çayxana - Azərbaycanda çay ənənəvi içkidir və Garabag otelindəki çayxana hər zaman yeni dəmlənmiş çaydan, onunla bərabər Sizə verilən mürəbbədən (Azərbaycanda 30 növdən çox mürəbbə vardır) və müxtəlif milli təamlardan həzz almaq üçün bir yerdir.

SPA və sağlamlıq mərkəzi  Garabag Resortdə

  • Sauna, Hamam
  • Buz fəvvarə
  • Duzlu otaq
  • Aroma kabinələr
  • Üzgüçülük hovuzu
  • Сakuzi
  • Sualtı axın
  • Mineral hamam
  • Naftalan vannası
  • Müalicə otağı
  • İnqalyator
  • Şarko duş
  • Masaj otaqları
  • Krioterapiya, Aromaterapiya, Fitoterapiya, Fizikiterapiya, Hidroterapiya
  • Kardiologiya
  • Sidr çəlləyi
  • Laboratoriya
  • Dincəlmə sahəsi
  • Ultrasonoqrafiya
  • Əlillər üçün dəyişdirmə otağı, duş otağı və ayaqyolu (tualet) Entera Spa & Wellness sahəsindədir

Garabag Resort  - Yeməklər 

  • Səhər yeməyi - isveç masası
  • Şam yeməyi - isveç masası
  • Pəhriz isveç masası
  • Furşet
  • Yeməklər: Azərbaycan, Avropa, Türkiyə
  • Restoran Ala Carte

Əlavə fəaliyyətlər - Garabag Resort

  • Gəzinti və qaçış üçün yol
  • Otel avtobusumuz ilə tarixi yerlərə və alış-veriş mərkəzlərinə ekskursiyalar

Garabag Resort - Şərtlər  

  • Gəliş vaxtı: 14:00 (axşam)
  • Gediş vaxtı: 12:00 (günorta)
  • 6 yaşınadək uşaqlar üçün yaşayış pulsuzdur