Gəncəli Plaza Hotel xəritədə

Gəncəli Plaza Hotel

Bakı, Bakı, Səbail rayonu, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, Üzeyir Hacıbəyov küçəsi, 48 AZ1000 *** 1 səs

Gəncəli Plaza Hotel haqqında

1994-cü ildən Gəncəli istehsalat kommersiya şirkətini təsis etmiş və bu günə qədər həmin şirkətə rəhbərlik edir. 2009-cu və 2013-cü illərdə keçirilən Azərbaycan Ağsaqqallar Şurasının V və Vİ qurultaylarında AAŞ-nın sədr müavini seçilmişdir.2008-ci ildə Gəncəli istehsalat-kommersiya şirkəti Gəncəli Plaza mehmanxanasının tikintisini başa vurub istismara vermişdir.Şəhərin mərkəzində yerləşən Gəncəli Plaza mehmanxanasında ən yüksək standartlara cavab verən və hər cür şəraiti olan otaqlar qonaqların ixtiyarına verilmişdir. Burada həmçinin konfrans zalı, idman zalı, restoran və bar fəaliyyət göstərir. İKK Gəncəli şirkəti Gəncəli Plaza mehmanxanasının 6-cı mərtəbəsində yerləşir.Bizim şirkətin strategiyası mövcud tərəfdaşlarla daimi və qarşılıqlı faydalı kommersiya əlaqələrinin qorunması, eləcə də, gələcək inkişaf üçün yeni perspektivli əlaqələrin axtarışıdır.

Gəncəli Plaza Otaqlar və qiymətlər

  • Bir nəfərlik standart otaq - 120 AZN
  • İki nəfərlik standart otaq -140 AZN
  • Junior Suite - 160 AZN
  • Royal Suite - 200 AZN
  • King Suite - 300 AZN

Qiymətlərə səhər yeməyi daxildir. Qiymətlərə ƏDV (18%) daxil deyil

Gəncəli Plaza Konfrans Zalı

Konfrans zalı mehmanxananın 6-cı mərtəbəsində yerləşir. Tədbirlərdə 60 nəfərədək adam iştirak edə bilər. Müasir avadanlıq tədbirlərin yüksək səviyyədə keçirilməsini təmin edir.

  • 1 saat – 100 AZN
  • Yarım iş günü – 250 AZN
  • Tam iş günü – 350 AZN

Gəncəli Plaza Restoran

Səhər yeməyindən başlayaraq şam yeməyinə qədər həzin musiqi ilə milli mətbəximizin və müxtəlif ölkələrin mətbəxlərinin ləziz yeməklərini dadaraq sizlər bütün günü istirahət etmiş olarsınız.
Əgər bizim restoranda ad günü, toy məclisi və ya başqa bir şənlik keçirmək istəsəniz, biz məmnuniyyətlə sizi gözəl xidmət və xoş atmosferlə təmin edərik.