Game Center xəritədə

Game Center

Bakı, Nərimanov rayonu, Təbriz küçəsi, 44 AZ1000 *** 1 səs

Game Center haqqında

“Game Center” istirahət və əyləncə mərkəzində siz hələ şəhərimizdə rast gəlmədiyiniz oyunları görəcəksiniz. Kanada istehsalı olan “ XD DARK RIDE” oyunu ölkəmizdə 7D formatlı ilk oyundur. Siz bu oyunda 7D formatlı görüntünü izləməklə yanaşı həm də bu oyunun iştikarçısına çevrilirsiniz. Bu oyun əsl ekstrim və adrenalin hissi yaşamaq istəyənlər üçün ən uğurlu seçimdir.Xidmətinizə təqdim etdiyimiz digər eksklüziv oyun İtaliyanın məşhur “EVOTEK” şirkətinin istehsalı olan Formula1 simulyatorudur. Bu simulyator sizə yüksək sürət həzzi yaşamağa və özünüzü əsl formula1 yarışlarının pilotu kimi hiss etməyə imkan yaradacaq.

Mərkəzimizin ən sevilən oyunlarından biri də döyüş növü janrına aid olan “Lazer Battle” oyunudur. Oyun Kanadanın “Lazer Runner” lisenziyası əsasında yaradılıb. Lazer Battle ayrı-ayrı və ya komanda şəklində lazer döyüşündə özünü sınamaq istəyənlər üçündür.Böyük və qeyri-adi dizayna malik döyüş arenasında yüksək musiqi səsi ilə müşayət olunan döyüş zamanı lazer -neon işıq və tüstü effektləri döyüşə xüsusi temp və həyəcan qatır. Maksimal oyunçu sayı 10 nəfər. 5 nəfərdən ibarət hər komandanın bir kapitanı olur.

Sonda döyüşlə bağlı statistik nəticələr böyük monitorda iştirakçılara təqdim olunur. “GAME CENTER” şəhərimizdə fəaliyyət göstərən şirkətlər,universitetlər,məktəblər və.s müəssisələr arasında lazer taq üzrə çempionatların keçirilməsinə şərait yaradır.Bütün bunlarla yanaşı siz dünya gamezone aləminin ARCHERY (oxatma yarışı), Terminator, Ghost Operation, Air Hockey, Nascar Rally, Greed Rally, Dance Fiesta kimi məhşur oyunlarını oynaya biləcəksiniz.

Bora Bowling Game Center əyləncə mərkəzində

Əyləncə mərkəzimiz bowling həvəskarlarını da unutmayıb. Sizə “Bora Bowling” adlanan zalımızda dünyaca məhşur “Qubica” şirkətinin istehsalı olan keyfiyyətli bowling oyunu təqdim olunur. Bowling zalının dizaynı və qeyri-adi LED işıq effektləri sizin əyləncənizə xüsusi rəng qatacaq. Bütün bunlar şəhərimizdə ən sərfəli qiymətlərlə fəaliyyət göstərən Bora Bowling zalında.

O’RA Lounge restoranı Game Center-də

Sizin əyləncənizə dad qatmağı da unutmadıq. Mərkəzimizdə fəaliyyət göstərən “O’RA Lounge” restoranı zəngin menyusu və füsunkar dizaynı ilə istirahətinizə xüsusi rahatlıq qatacaq. Bu məkanda sizə təqdim olunacaq yapon, italyan və milli mətbəxin çeşidli təamları damaq zövqünüzə oxşayacaq. Əsl yapon suşisini, italyan pizzasını, Azərbaycan kabab və qutablarını dadmaq istəyənlər üçün ən uyğun məkan olan “O’RA Lounge” restoranının güzəştli qiymətlərindən də faydalana bilərsiniz. Həmçinin restoranımız banket və korparativ tədbirlərin keçirilməsi üçün şərait yaradır.

Segafredo Zanetti Espresso kafesi artıq Game Center-də.

Burada siz əsl italyan qəhvəsi ilə tanış olacaqsınız. Kafemizdə sizə çeşidli qəhvələr, növbənöv çaylar, salatlar və desertlər təqdim olunur. İtaliya dolu məkan “Segafredo Zanetti Espresso” endirimli qiymətlərlə yolunuzu gözləyir.Arzusunda olduğunuz eksklüziv,dadlı və sərfəli əyləncə yalnız “Game Center”-də!!!