Mağazada İtaliyanın “Pelino” şirkətinin istehsalı olan şokoladdan hazırlanan kompozisiyaları mövcuddur. Bu şirkət Sulmona şeherinde 1783-cü ilde yaradılıb. Bu tarix ve istehsalın adı şirkətin tesisçisi Berardino Pelino ile bağlıdır. Şirkətin əsas məqsədi müştərilərinə yüksək keyfiyyətli məhsulu təqdim etməkdir. Keyfiyyət şokolad istehsalında istifadə olunan məhsulların ve ənənəvi istehsal prosesində özünü göstərir. Şirkət məhsullarının 100% qatqısız, heyvani yağlardan azad olduğuna zemanet verir. Bütün məhsullar qədim ənənəvi şirniyyat reseptləri əsasında hazırlanır.
Mağazada eyni zamanda Belçikanın “Galler” şirkətinin şokoladları da var. Bu şirkətin adı ailəvi şirniyyat istehsalı ile bağlıdır. Jan Galler əslən şirniyyatçılar ailəsində dünyaya göz açıb. 16 yaşında ikən şokolad istehsalının incəliklərini duyaraq İsveçrəyə bu sahədə təhsil almaq üçün gedir. 1974-cü ildə o, ən yaxşı şirniyyatçı şagirdi adını qazanır. Şirkətin əsas prinsiplərinden biri şokolad istehsalında yeni unikal reseptlərin axtarışı, istehsalın texnologiyası ve dizayner qərarlarıdır. “Galler” şirkətinin məhsulları 1994-cü ildən kral sarayını şokoladla təmin edən şirkətə çevrilir. Hazırda bu şirkətin məhsullarını Parisdə Lafayette Qalereyası ve Londonda Harrods kimi ən yaxşı mağazalar satır. J.Galler şokolad istehsalında yüksək səviyyəli məhsulların birgəliyi və yeni texnologiyadan istifadə edib. Ekslüziv məhsulun dadını bilən əsl qurmanlar üçün “Galler” özünü tanıtma kartıdır. “Galler” 30 ildir ki, “ağzının dadını bilənlər” üçün liderliyini qoruyub saxlayır və bütün dünya səviyyəli tədbirlərdə üstün sinif mehsulu rolunu oynayır