Qəbələ Lift zavodu xəritədə

Qəbələ Lift zavodu

Qəbələ, Hacıalılı, Ağdaş-Zarağan yolu AZ3616 *** 1 səs

Qəbələ Lift zavodu haqqında

Yeni tikilmiş bir çox yüksək mərtəbəli yaşayış və inzibati binalarında müasir tələblərə uyğun sərnişin və yük liftləri müəssisəsinin ixtisaslaşmış kadrları tərəfindən quraşdırılmışdır və həmin liftlərə müəssisənin təcrübəli elektromexanikləri yüksək səviyyədə lazımi texniki xidmət göstərir.Müəssisə 01.10.1999-cu il tarixindən RF-nin "Şerbinka lift zavodu" ASC-nin rəsmi nümayəndəliyi kimi fəaliyyət göstərir və bunu təsdiq edən sertifikatını almışdır.

Gilan Lift Zavodunun fəaliyyəti

Tərəflər arasında bağlanmış nümayəndəlik haqqında müqaviləyə əsasən müəssisə "Şerbinka lift zavodu" ASC-nin istehsalı olan lift avadanlığının Respublikamıza gətirilməsini, quraşdırılmasını və xidmətini təmin edir. Respublikamızda tikinti sektorunun inkişafı ilə əlaqədar olaraq müəssisəsinin fəaliyyət sahəsi də genişlənməkdədir.Müəssisə 01.06.2007 tarixindən Qəbələ şəhərində İstehsal sahəsi yaratmış, 22011-95 DÜST-nə uyğun sərnişin liftlərinin istehsalına başlamışdır.Müəssisədə yüksək ixtisaslı kadrlar, mexaniklər və elektromexaniklər işləyir.İllik istehsal həcmi – 100-120 ədəd