FT Travel xəritədə

FT Travel

Bakı, Nəsimi rayonu, Azadlıq prospekti, 95/43 AZ1000 *** 2 səs

FT Travel haqqında

FT MMC şirkəti 2007-ci ildən Azərbaycanda bir çox xidmətləri ilə fəaliyyət göstərir. Şirkət 2012-ci ildə yeni bir fəaliyyət sahəsini - “FT Travel” turizm agentliyini yaratdı. Agentliyin yaradılmasında məqsəd, ölkəmizin turizm sahəsini inkişaf etdirmək və Azərbaycanın turizm potensialını yüksək səviyyədə həm yerli, həm də xarici turistlərə nümayiş etdirmək, onların hər növ istirahətlərini təmin etməkdir.
Agentlik peşəkar xidmətlərilə qısa müddət ərzində Azərbaycanda fəaliyyət göstərən digər turizm agentlikləri arasında özünəməxsus yerini tutmuşdur.

Agentliyin fəaliyyəti

Agentlik Azərbaycan Turizm Assosiasiyası və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvüdür və bir çox sertifikatlarla təltif olunub.
Şirkətimizdə turizm sahəsində ali təhsil almış və bu sahədə yüksək təcrübəsi olan peşəkar mütəxəssislərimiz sizi yüksək mədəni səviyyədə qarşılayacaq və lazımi turizm xidmətlərini böyük məmuniyyətlə göstərəcəklər. Həmçinin digər turizm şirkətlərindən fərqimiz ondadır ki, bizə müraciət edən hər bir şəxsə individual yanaşırıq. Bundan əlavə, agentliyin bilet satışı ilə bağlı aviakassalarda xüsusi şöbələri də fəaliyyət göstərir.

“FT Travel” agentliyi korporativ əməkdaşlıqlarda, hüquqi və viza xidmətlərinin, otellərin, aviabiletlərin sifarişində, turların, müalicə, istirahət səyahətlərinin, tədbirlərin (konfranslar, seminarlar, prezentasiyalar), Azərbaycan ərazisində yaxud xarici ölkələrdə qrup və fərdi şəkildə VİP turların, dünyanın hər bir istiqamətinə nəğd və ya kreditli səyahətlərin təşkilində sifarişçilərə hər cür xidmətlər göstərməkdədir. Agentliyin xidmətləri barədə daha ətraflı, saytımıza (www.ft-travel.az) daxil olaraq tanış ola bilərsiniz.“FT travel” rahat, keyfiyyətli və sərfəli səyahət etmək istəyən turistlər üçün daim inkişafdadır. Dünyanın hansı yerinə getmək istəsəniz hər səyahətinizdə bizim agentliyə etibar etməyi unutmayın. Yolunuzu səbrlə gözləyir və sizin üçün səylə çalışırıq. Xoş səyahətlər arzusu ilə...