Fresco Supermarket Nəsimi r. xəritədə

Fresco Supermarket Nəsimi r.

Bakı, Nəsimi rayonu, Nizami küçəsi, 129 E AZ1000 *** 1 səs

Fresco Supermarket Nəsimi r. haqqında

2010-cu ilin iyununda Avstriyanın EMSA Capital İnvestisiya Fondunun təşəbbüsü ilə Azeri Retail Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. Daxili bazarda Azeri Retail Azərbaycan şirkəti Fresco brendi ilə təmsil olunur.Yaradıldığı ilk gündən Fresco supermarketlər şəbəkəsi əsas prinsipinə – Azərbaycan bazarına dünya keyfiyyət standartlarına uyğun, müasir texnologiyaların tətbiqi prinsipinə sadiqdir.Hazırda Fresco təkcə keyfiyyətli deyil, həmçinin tələbkar istehlakçı üçün əlçatan bir brenddir.

Frescoda çeşid xüsusiyyətləri

Fresco supermarketlərinin müvəffəqiyyətinin rəhni – ilk növbədə, təzə və dadlı yeməklər, sabit və aşağı qiymətlər, məhsulların geniş çeşidi və yüksək keyfiyyətidir. Supermarketin 20 000-dən artıq sayda mal çeşidi hətta tələbkar alıcını da razı sala bilər.Siz burada praktik olaraq təzə bişirilmiş un məmulatlarından, meyvə və tərəvəzlərdən, balıq və ət məhsullarından tutmuş, delikates və elit içkilərə qədər, praktik olaraq hər şey tapa bilərsiniz. Bundan əlavə, supermarketlərdə bütün zəruri məişət mallarını da ala bilərsiniz.

Tədarükçülərimiz

Biz həm yerli, həm də xarici tədarükçülərlə işləyirik. Buna görə də, öz alıcılarımıza hər zaman alıcılarımıza ənənəvi və ya eksklüziv məhsullar almaq seçimi veririk.Tədarükçülərlə biz qarşılıqlı etimad və hörmətə əsaslanan uzunmüddətli və etibarlı əlaqələr qururuq. Buna baxmayaraq, Fresco piştaxtalarına düzülən hər bir məhsul sərt seçmə mərhələsindən keçir, buna görə də, istehlakçı yalnız keyfiyyətli və təzə mal alacağına əmin ola bilər.Müasir riteyl texnologiyalar Fresco-dan intuitiv olaraq anlaşılan supermarket yaratmağa imkan verib.Mağazanın savadlı şəkildə zonalara bölünməsi sizə asanlıqla istiqamət almağa və piştaxtalar arasında axtarışa vaxt itirməyərək, məhz sizə lazım olanı tapmağa kömək edəcək.

Korporativ mədəniyyət

Fresco – brendin təkmilləşdirilməsi üzərində daim çalışan 360 nəfərdən ibarət peşəkar komandadır. Biz Azərbaycan istehlakçısının həyat keyfiyyətinin artırılmasını, yeni ticarət mədəniyyəti standartlarının formalaşdırılmasını öz missiyamız hesab edirik.Biz hər bir alıcıya rahatlıqla və məmnuniyyətlə alış-veriş etmək imkanı yaratmağa və bunun naminə yorulmadan çalışmağa hazırıq.