Azad Istehlakçılar Birliyi xəritədə

Azad Istehlakçılar Birliyi

Bakı, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 201 AZ1010 *** 1 səs

Azad Istehlakçılar Birliyi haqqında

Azad İstehlakçılar Birliyi (AİB) - 31.01.1997-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş, gəlirsiz işləyən qeyri-hökumət təşkilatıdır (QHT).Əsas missiyası: İstehlakçının hüququnu, ölkənin əmtəə bazarının insan həyatı və ətraf mühit üçün təhlükəli mallardan qorumaq, bazar iqtisadiyyatının inkişafına kömək etmək, bazar subyektlərini maarifləndirməkdir.

Azad İstehlakçılar Birliyinin fəaliyyəti

İstehlakçılar üçün hüquqi yardım mərkəzləri (və ya mediasiya mərkəzləri) Avropa Komissiyası tərəfindən maliyyələşdirilən,Consumers İnternational(Cİ) (Beynəlxalq istehlakçı təşkiatı) aparıcı təşkilat, Azad İstehlakçılar Birliyi (AİB) tərəfdaş təşkilat olmaqla Azərbaycanda 1 yanvar 2006-cı il tarixdən həyata keçirilən «İstehlakçı hüquqlarına dair maarifləndirmə tədbirləri və istehlakçılar üçün məsləhət mərkəzləri, vasitəçilik xidmətləri göstərməklə Ədalət məhkəməsinə yetərliyin yaxşılaşdırılması layihəsi çərçivəsində» yaradılmışdır. Layihə Avropa Komissiyasının «TACIS Institution Building Partnership Programme (IBPP) Civil Society and Local Initiatives» (TACİS İnkişaf və Əməkdaşlıq Proqramı. Vətəndaş cəmiyyəti və yerli təşəbbüsə dəstək məqsədi ilə maliyyələşdirilmişdir).Layihə çərçivəsində Gəncə, Quba, Tovuz, Lənkəran, Sumqayıt və Bakıda istehlakçılara təmənnasız yardım göstərən mərkəzlər açılmışdır.