Francebook xəritədə

Francebook

Bakı, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 179A AZ1000 *** 1 səs

Francebook haqqında

Francebook Fransada təhsil almış və hal-hazırda təhsil almağa davam edən azərbaycanlı tələbələr tərəfindən yaradılmışdır. Məqsədimiz Fransada təhsil almaq istəyən azərbaycanlı tələbələrin Fransa universitetlərinə qəbul prosesini asanlaşdırmaqdır.Gələcək vizyonumuzda azərbaycanlı tələbələrə Fransada təhsil perspektivlərini daha yaxından çatdırmaq və ingilisdilli gənclərimizin Fransada təklif olunan proqramlara olan marağını artırmaq daxildir.Biz bu prosesə kompleks şəkildə yanaşırıq. Bu məqsədlə Francebook A-dan Z-yə qədər müxtəlif xidmətləri göstərir.

Niyə Francebook ?

  • Fransada geniş çeşidli təhsil proqramları təklif edən ən güclü komanda !
  • Fransada təhsil almış mütəxəssislərdən ixtisas və universitet seçimində ən uyğun tövsiyələr !
  • Fransada təhsildən öncə və sonra daim yanınızda hiss edəcəyiniz peşəkar heyət !
  • Qəbul prosesinin çətinliyindən asılı olmayaraq, bütün növ ali təhsil müəssisələri ilə əlaqə !
  • Paris, Lyon, Toulouse, Bordeaux, Strasbourg, Nice, Montpellier, Grenoble kimi böyük şəhərlərin universitetləri ilə əməkdaşlıq !
  • Fransadakı Azərbaycan diasporası ilə sıx təmas !

Xidmətlərimiz

  • TCF-fransız dil imtahanına hazırlıq metodologiyasını izah etmək;
  • Tələbələrin universitet seçiminə yardım;
  • Əsaslandırma məktublarının (Lettre de motivation), CV-lərin hazırlanması və redaktəsinə yardım;
  • Tələbənin Fransız universitetlərində ixtisas seçiminə yardım;
  • Fransada ev, yataqxana tapılmasına yardım;
  • Viza alınması prosesinə yardım;
  • İlk vaxtlarda Fransada qarşılaşa biləcəyiniz problemlərlə bağlı praktiki məsləhətlər;

Fransadakı çoxillik təhsil həyatı bizə, Fransa universitetlərinə müraciət və qəbul prosesinin bütün incəliklərini öyrənməyə imkan verib. Beləliklə biz öz təcrübəmizi tətbiq etməklə Sizin xidmətinizdəyik. Təcrübəmiz zəmanətinizdir.

Tərcümə xidmətləri

Sənədlərin fransız və ingilis dillərindən azərbaycan, rus, türk dillərinə yazılı tərcüməsi və bütün mövzularda şifahi ardıcıl tərcümə xidmətləri mütəxəssislərimiz tərəfindən həyata keçirilir.Eyni zamanda, sənədlərin və materialların redaktə olunması xidmətini təklif edirik.
Əsas iş prinsipimiz, həcmindən asılı olmayaraq, qısa müddət ərzində müştərilərə tələb olunan keyfiyyətli tərcüməni çatdırmaqdır.Sənədlərin və şifahi tərcümənin məxfiliyinə tam zəmanət verilir.Bundan başqa, təklif olunur:

  • Müxtəlif mövzulu biznes görüşləri
  • Konfranslar üçün danışıqların tərcüməsi
  • Turistlər üçün bələdçi (guide) xidməti

Xidmətlərimizdən istifadə etmək və detallı qiymət cədvəli üçün bizimlə əlaqə saxlaya bilərsiniz.