Flamingo istirahət mərkəzi xəritədə

Flamingo istirahət mərkəzi

Nabran, Xaçmaz, Xudat-Nabran yolu AZ2724 *** 4 səs

Flamingo istirahət mərkəzi haqqında

"FLAMİNQO" pansionatı Azərbaycanın ən səfalı yerlərindən biri olan , Xəzər dənizinin sahilində Nabran qəsəbəsində yerləşir. Mərkəz il boyu fəaliyyət göstərir və gülərüz , yaxşı təlimatlandırılmış, professional işçi heyəti sizə xidmət göstərəcək. Həmçinin məişət xidmətləri kompleksi (paltaryuma , təmir , kimyəvi təmizləmə və digər) təcili yardım, tibbi xidmət, müalicəvi masaj, trenajorlar fəaliyyət göstərir. Müxtəlif idman tədbirləri həyata keçirilir.

  • Yaşayış ( hər bir nəfər üçün səhər yeməyi ilə ) 20 AZN
  • Yemək ( 3 dəfə ) 15 AZN

Nabranda ailəvi istirahət mərkəzi Flaminqo

Yaratdığımız şən və qonaqpərvər mühit sizin keyfiyyətli istirahətinizi təmin edəcəyinə və sağlamlığınızı bərpa edəcəyinə tam əminik.Burada siz hər otağı 16 m², eyvanı 6m² olan 16 kiçik lakin ev rahatlığı olan bunqala-kateclər kompleksində yaşaya bilər.Daimi siti və soyuq su , sanitariya qovşağı çarpayı , masa ,oturacaqlar, kreslo, soyuducu , paltar şkafından istifadə edə blərsiniz. Soyuq və isti yeməklərin çox saylı assortimenti. Azərbaycan, rus , avropa mətbəxi, dağıstan xalqlarının delikatesləri, dietik yeməklər. Hamısı təcrübəli aşpazlar tərəfindən , yerli fermerlərdən alınmış və sanepidem baxışdan keçmiş ekoloji təmiz arzaqlardan hazırlanır.Sutka ərzində istirahət edənlərin qulluğuna sərin içkilər, bulaq suyu , samovar çayı . Müalicəvi ot cövhərləri və təbii meyvə şirələri.İstirahətinizi daha da maraqlı keçirmək üçün qayıq, yaxta, avtomobil, fotoapparat, video kamera, idman invertarları, çimərlik ləvazimatlarını kirayə götürə bilərsiniz .