"FLAMİNQO" pansionatı Azərbaycanın ən səfalı yerlərindən biri olan , Xəzər dənizinin sahilində Nabran qəsəbəsində yerləşir. Mərkəz il boyu fəaliyyət göstərir və gülərüz , yaxşı təlimatlandırılmış, professional işçi heyəti sizə xidmət göstərəcək. Həmçinin məişət xidmətləri kompleksi (paltaryuma , təmir , kimyəvi təmizləmə və digər) təcili yardım, tibbi xidmət, müalicəvi masaj, trenajorlar fəaliyyət göstərir. Müxtəlif idman tədbirləri həyata keçirilir.
Yaratdığımız şən və qonaqpərvər mühit sizin keyfiyyətli istirahətinizi təmin edəcəyinə və sağlamlığınızı bərpa edəcəyinə tam əminik.Burada siz hər otağı 16 m², eyvanı 6m² olan 16 kiçik lakin ev rahatlığı olan bunqala-kateclər kompleksində yaşaya bilər.Daimi siti və soyuq su , sanitariya qovşağı çarpayı , masa ,oturacaqlar, kreslo, soyuducu , paltar şkafından istifadə edə blərsiniz. Soyuq və isti yeməklərin çox saylı assortimenti. Azərbaycan, rus , avropa mətbəxi, dağıstan xalqlarının delikatesləri, dietik yeməklər. Hamısı təcrübəli aşpazlar tərəfindən , yerli fermerlərdən alınmış və sanepidem baxışdan keçmiş ekoloji təmiz arzaqlardan hazırlanır.Sutka ərzində istirahət edənlərin qulluğuna sərin içkilər, bulaq suyu , samovar çayı . Müalicəvi ot cövhərləri və təbii meyvə şirələri.İstirahətinizi daha da maraqlı keçirmək üçün qayıq, yaxta, avtomobil, fotoapparat, video kamera, idman invertarları, çimərlik ləvazimatlarını kirayə götürə bilərsiniz .