“Favorit” – Azərbaycanda yüksək inkişaf potensiala malik dinamik tərəqqidə olan pərakəndə satış şəbəkəsidir. Biz Azərbaycanda riteyl sahəsinin liderləri sırasına daxilik.“Favorit” alıcılara qida məhsulları, xüsusilə təzə ərzaqlar və delikateslər, həmçinin özündə minlərlə çeşid birləşdirən qeyri-ərzaq məhsulları üzrə çox geniş seçim imkanı təklif edir. “Favorit” brendi Azərbaycan Respublikasında ən güclü ticarət nişanlarından biri kimi qəbul edilir.
Alıcıların gözləntilərinə əsaslanaraq “Favorit” effektiv biznes-proseslər işləyib hazırlayır və müştəriləri yüksək səviyyəli məhsulllarla təmin etmək və onların həyat keyfiyyətini artırmaq istiqamətində inkişaf edir. Hal-hazırda Şirkətin əsas formatları – supermarketlər və hipermarket formatıdır. “Favorit” zəngin məhsul çeşidlərinə, münasib qiymətə təklif olunan xidmətlərə, avtomobil dayanacağına, geniş işıqlı zallara, uşaq oyun meydançasına və əlavə xidmətlərin tam spektrinə malik olub klassik avropa şəbəkəsi prinsipinə uyğun olaraq çalışır. “Favorit” – evinizin bir addım yaxınlığında münasib qiymətlərə rahat alış-veriş etmək üçün əlverişli imkandır.
“Favorit” şəbəkəsinin əsasında riteyl sahəsində beynəlxalq təcrübəyə və bazar üzrə dərin biliklərə malik menecerlər komandası çalışır.Multibrend Louvre butiki Patek Philippe, Van Cleef & Arpels, Boucheron, Montblanc, A. Lange & Söhne, Audemars Piguet, Gilan, Hublot, Mikimoto, IWC Schaffhausen, Pomellato, Breitling və digər tanınmış şirkətlərin istehsalı olan saat və zinət əşyalarının çoxsaylı çeşidini sizə təqdim edir. Butikdə yaradılmış xüsusi abı-hava doğmalarınıza və özünüzə qiymətli hədiyyə seçimini tələsmədən, rahat şəkildə aparmağınıza imkan yaradacaq.