FarFor xəritədə

FarFor

Bakı, Nərimanov rayonu, Məmməd Araz küçəsi, 78 AZ1000 *** 1 səs

FarFor haqqında

Dünyanın bir çox şəhərində fəaliyyət göstərən “FarFor” Mağazalar Şəbəkəsinin Bakı nümayəndəliyi bu gündən etibarən alıcıların xidmətindədir. “FARFOR” qalereyası məşhur dünya və Avropa brendlərinın rəsmi dillerlik statusunu daşıyır. Burada sərgilənən çilçıraqlar, dekorativ ev əşyaları, büllur, keramika yemək və çay dəstləri ekskluziv olması ilə yanaşı həm də əl işi kimi seçilir. Bürünc, gümüş, mərmər, keramika, büllur kimi materiallardan zövqlə hazırlanmış çilçıraqlar öz üslubuna və görünüşünə görə seçilir. Qalereyada Siz həm müasir dizayn üslubunu əks etdirən ,həmçinin, qədim saray arnamentlərini xatırladan, qədim memarlıq sənətinin incəliklərini əks etdirən, cilası və nəqqaşlığına görə daim fərqlənən çilçıraqlar arasında seçim edə bilərsiniz.

Farfor çilçıraqlar və farfor

Dünyanın böyük tikinti layihələrində, məhşur otel şəbəkələrində, restoran və biznes mərkəzlərində “FARFOR” qalereyasının məhsullarına tez–tez müraciət olunur. Çünki çeşid müxtəlifliyi elə dizaynerlərə də öz layihələrinə uyğun olan çilçırağı seçməkdə rahatlıq yaradır. İstər klassik üslubda hazırlanmış qızıl suyu ilə örtüklü,əl işləri ilə zəngin modellər, istər müasir dizaynınıza xüsusi gözəllik qatacaq modern üslublu modellər,bir sözlə, zövqünüzə uyğun olan çilçırağı FARFOR qalereyasından əldə edə bilərsiniz. Binə ticarət mərkəzində yenicə açılmış “FARFOR” qalereyası seçim müxtəlifliyinə görə şəhərimizdə liderdir. Dizaynerlərin köməyi ilə təmir üslubunun müəyyən edilməsi və üsluba uyğun olaraq dekorativ əşyaların və çılçıraqların seçilməsi; Məkanın sahəsi və hündürlüyünə görə seçiləcək işıqlandırma barədə ödənişsiz məsləhət.