Fairex Azərbaycan Hava və Ekstremal Idman Növləri Federasiyası xəritədə

Fairex Azərbaycan Hava və Ekstremal Idman Növləri Federasiyası

Bakı, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 57 AZ1000 *** 1 səs

Fairex Azərbaycan Hava və Ekstremal Idman Növləri Federasiyası haqqında

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası özündə ən çətin və ekstremal idman növlərini birləşdirir. Bu növləri seçənlər qar-buz uçqunları, sürüşmələr, çovğun, hündürlükdə oksigen çatışmazlığı, mənfi temperatur kimi əngəllərlə, həyatı təhlükələrlə üzləşirlər. Amma bütün bunlar bizi qorxutmur. Ekstremal idman növlərinin gözəlliyi məhz onun təhlükələrlə üzləşməsindədir. Hər idman növünü özünə məxsus tələbləri və xüsusi xidmət sektoru var. Dağ idman növləri, ekstremal turizm, hava idman və su idman növləri, texniki idman və multisport növləri fərqli tələblərə malikdirlər. Bu sahədə istehsalçılar və mağazalar, ikinci əl avadanlıq almaq və kirayə etmək, federasiyanın xidmətlərindən və təlim bazalarından yaralanmaq istəsəniz federasiya zəruri avadanlıq və xidmətləri sizə təqdim edəcək. Federasiyanın əsas xidmətlərindən yaralanmaq və ekstremal idman növləri ilə məşğul olmaq üçün bu sayt bir əlaqə vasitəsidir. Burada bir çox suallara cavab tapacaq, arzuladığınız xidmət, eyni zamanda avadanlıqlar barədə informasiyanı və peşəkarların məsləhətlərini əldə edəcəksiniz. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası ekstremal idman növləri ilə məşğul olan və aktiv həyat tərzi keçirmək arzusunda olan hər kəs üçün açıq və doğma təşkilatdır. Mütəmadi təşkil olunan yarışlar və ekspedisiyalar, məşğələlər və digər tədbirlərin elanlarını və planlarını izləmək, federasiyanın həyatının təqvim planı ilə tanış olmaq imkanı yaradılıb. Federasiyanın həyatında aktiv bir hissəyə çevrilmək, federasiya tərkibindəki klublara üzv olmaq və tədbirlərdə iştirak etmək üçün sizin istənilən sualınıza cavab vermək bizim üçün xoşdur. Siz saytın daimi və aktiv üzvünə çevrilin və bu aktivliyin gələcəkdə sizə yaradacağı imkanlardan istifadə edin. Ekstremal idman növlərində xilasetmə işi üzərinə mühüm vəzifələr götürür. Xilasetmə işləri keçirilən zaman götürülən tədbirlər və təhlükəsizlik texnikası olduqca vacibdir. Bu xilasetmə işlərinin qurulmasından, xilasetmə avadanlığı ilə işləmə bacarığından, tibbi yardım və tibbi avadanığı ilk yardım istifadə qaydalarından, xilasetmə qrupu təhlükəsizlik şərtlərindən ibarətdir. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası müxtəlif idman növləri və müxtəlif vəziyyətlər üzrə xilasetmənin mümkün variantlarını sizə təqdim etməyi, zəruri avadanlıqlar və məsləhətlərin sizə çatdırılmasını üzərinə götürür.