Suraxanı Rayon Icra Hakimiyyəti xəritədə

Suraxanı Rayon Icra Hakimiyyəti

Bakı, Əmircan qəsəbəsi, Suraxanı rayonu, Park, 30 AZ1042 *** 1 səs

Suraxanı Rayon Icra Hakimiyyəti haqqında

Suraxanı rayonu 3 noyabr 1934-cü ildə yaradılıb. Rayon 18 aprel 1990-cı ilədək Orconikidze rayonu adlanmışdır. Bu tarixdən etibarən Bakı şəhərinin Orconikidze rayonu Suraxanı rayonu adlandırıb.Suraxanı rayonu Bakı şəhərinin cənub-şərqində yerləşir və ərazisinin 13 kilometri Xəzər dənizi ilə əhatə olunmuşdur. Rayon ərazisinin şərq hissəsi-Xəzər rayonu, şimal hissəsi-Sabunçu rayonu, qərb hissəsi-Nizami və Xətai rayonları ilə həmsərhəddir. Ərazisi 122 kvadrat kilometr, əhalisinin sayı 212,2 min nəfərdir.Rayonun inzibati ərazi vahidliyinə 6 qəsəbə daxildir : Əmircan, Bülbülə, Qaraçuxur, Hövsan, Yeni Suraxanı və Zığ.Neft və təbii qaz ilə zəngin rayonun iqtisadiyyatının əsasını neftqaz və maşınqayırma sənayesi təşkil edir. Hövsan qəsəbəsində quşçuluq və zeytunçuluq, Zığ qəsəbəsində isə fərdi maldarlıq təsərrüfatları inkişaf etmişdir.